Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

190 manat birdəfəlik ödəmə almaq istəyənlərin nəzərinə! - VİDEO

Ölkə
190 manat birdəfəlik ödəmə almaq istəyənlərin nəzərinə!     - VİDEO

Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə Məşğulluq Mərkəzləri tərəfindən vətəndaşların qəbulu dayandırılıb.

 

Buta.ws ATV-yə istinadla xəbər verir ki, 190 manat birdəfəlik ödəmə ilə bağlı vətəndaşların müraciətlərinin qəbulu əsasən onlayn qaydada aparılır. İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyata alınmaqla bağlı telefonla müraciət edə bilərlər.

 

Onlayn qaydada müraciət etmək üçün e-sosial.az portalında, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan “online müracət” bölməsinə daxil olaraq, işsiz və ya işaxtaran kimi uçota alına bilərsiniz.

 

Müraciət şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN kodu daxil etməklə, eləcə də digər bölmələrin doldurulması ilə həyata keçirilir.

 

Birdəfəlik ödəməni almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alınaraq ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin qrafiki müəyyənləşdirilib.

 

Birdəfəlik ödəməni almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərə tətbiq edilən məhdudiyyət aprelin 12-də aradan qaldırılacaq.

 

Qeyd edək ki, işsiz kimi qeydiyyata alınan şəxslərdən hazırda dövlətdən sosial ödəniş alanlara birdəfəlik ödəmə verilməyəcək.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla