Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Ekstrasens dünyanın koronavirusdan nə vaxt yaxa qurtaracağından danışdı – MÜSAHİBƏ

Ölkə
Ekstrasens dünyanın koronavirusdan nə vaxt yaxa qurtaracağından danışdı     – MÜSAHİBƏ

COVID-19 mövzusu bu gün ən aktual və çox müzakirə olunan mövzu olaraq qalır. Dünyanın bütün ölkələri, o cümlədən Azərbaycan da koronavirusun kütləvi yayılmasının qarşısını almaq üçün mübarizə aparır. Həkimlərin epidemiyanın nə vaxt sona çatacağını dəqiq bilmədiyi halda, ekstrasenslər proqnoz verərkən daha açıq danışırlar.

 

Media.Az-a müsahibəsində azərbaycanlı ekstrasens, parapsixoloq, “Ekstra hiss” proqramının beşinci mövsümünün qalibi Lamiyə İsmayılova dünyanın bu ölümcül xəstəlikdən nə vaxt qurtulacağı barədə fikirləri ilə bölüşüb.

 

- Lamiyə xanım, söyləyin, koronavirusa qalib gəlmək nə zaman mümkün olacaq?

 

- Görürəm ki, aprelin ortalarında bu epidemiyanın pik həddi olacaq. Bundan sonra mütəmadi şəkildə azalma olacaq. İlin sonuna qədər epidemiyanın nəticələri aradan qalxacaq, bütün narahatlıqlar, təşviş əhval-ruhiyyəsi yox olacaq.

 

- Bu qədər çox gözləmək lazım gələcək?

 

- Məsələ burasındadır ki, virusun iki mərhələsi olacaq. Aprelin ortalarından etibarən, dediyim kimi, epidemiya zəifləyəcək. İyun ayına qədər durğunluq olacağını söyləyə bilərik. Lakin iyul ayında epidemiyanın ikinci dəfə yayılması baş verəcək, virus mutasiyaya başlayacaq və bəzi ölkələrdə yeni formada meydana çıxacaq.

 

- Həqiqətənmi həkimlər o zamana qədər vaksin yarada bilməyəcək?

 

- Dünya ictimaiyyəti bunun üzərində çalışır. Sentyabrda vaksinlər barədə məlumatlar çıxacaq. Ancaq noyabra qədər koronavirus bəşəriyyəti hələ də narahat edəcək. İkinci dəfə yoluxma sayının artması Avropa ölkələri, İtaliya, həmçinin ABŞ və Cənubi Koreyaya toxunacaq. Lakin bu dəfə virus o qədər də öldürücü olmayacaq.

 

- Bəs Azərbaycanda vəziyyət necə olacaq?

 

- Ölkəmizin bəxti daha çox gətirib. Virusun kütləvi ölümlərə səbəb olmadan, ölkəyə səthi şəkildə toxunacağını söyləyə bilərik. Aprelin ortalarından etibarən davamlı olaraq zəifləyəcək. İyunda isə artıq olmayacaq.

 

- Dünya 2021-ci ili virussuz qarşılayacaqmı?

 

- Bəli, gələn ilin əvvəlində artıq bu barədə unudacaqlar.

 

- Postvirus dövründə ölkələr hansı problemlərlə qarşılaşacaqlar?

 

- Ümumiyyətlə, 2020-ci il bəşəriyyət üçün əlverişsizdir. İnsanların şüurunu tamamilə dəyişəcək, sanki bizə tab gətirməli olduğumuz böyük bir idarəolunmaz enerji axını gəlir. Kosmosdan Yer planetinə təhlükə daxil olur. Bu, ölümcül deyil, amma mənfi iz buraxacaq. Ən çətin dövr 2020-ci ilin payızıdır - dünya iqtisadi böhranla üzləşəcək.

 

- Bu il hansı ölkələr üçün ən uğursuz olacaq?

 

- Bir çoxları, xüsusən də ABŞ üçün. Siyasi qarışıqlıqdan əlavə, Amerikanı təbii fəlakətlər gözləyir: zəlzələ və daşqınlar. Ümumiyyətlə, 2020-ci ildə bir çox ölkələr təbii fəlakətlərdən əziyyət çəkəcək. Rusiya üçün bu il heç də ən uğurlu olmayacaq, vətəndaşların kütləvi narazılığı üzündən ölkə daxilində qeyri-sabitlik müşahidə olunacaq. Əgər 2021-2022-ci illərdən danışsaq, ABŞ-ı vətəndaş müharibəsi gözləyir.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla