Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Dövlət başçısı humanist addım ataraq bizə azadlıq bəxş etdi" - Əfv edilən məhkum

Ölkə
"Dövlət başçısı humanist addım ataraq bizə azadlıq bəxş etdi"     - Əfv edilən məhkum

Törətdiyim ağır cinayətə görə çəkdiyim cəzanın bir hissəsini bağışladığı üçün Prezident İlham Əliyevə təşəkkür edirəm.

 

Buta.ws xəbər verir ki, bunu Trend-ə açıqlamasında Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən məhbus - 1953-cü il təvəllüdlü Eyvaz Quliyev deyib.

 

9 il əvvəl qonşusunu qətlə yetirən və 13 il həbs cəzasına məhkum edilən E.Quliyev 8 il 10 aydan sonra əfv olunub:

 

"Heç kim istəməz ki, yolu cəzaçəkmə müəssisəsinə düşsün. Cəzamın bitməsinə 3 il 2 ay vaxt qalmışdı. Sevinirəm ki, dövlət başçısı bu cür humanist addım ataraq bizə azadlıq bəxş etdi. Əfv siyahısında adımın olduğunu eşidəndə, çox sevindim. 11 uşaq atasıyam, həmişə öz zəhmətimlə çörək qazanmışam".

 

Xatırladaq ki, aprelin 6-da Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq, 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.

 

Ümumilikdə müstəqillik dövründə Azərbaycanda 66 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla