Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Prezidentin əfv sərəncamı dövlətimizin humanizm siyasətini göstərdi və sevinclə qarşılandı – Rufiz Qonaqov

Siyasət
Prezidentin əfv sərəncamı dövlətimizin humanizm siyasətini göstərdi və sevinclə qarşılandı    – Rufiz Qonaqov

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması dövlətimizin humanizm siyasətini bir daha nümayiş etdirdi.

 

Bundan öncə də ölkə başçısı tərəfindən belə sərəncamlar verilmişdi. Koronavirusla bağlı belə bir kritik məqamda məhz bu əfv qərarının verilməsi də dövlət başçısının vətəndaşlara xüsusi qayğı və diqqətinin təzahürüdür.

 

Bunu Trend-ə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.

 

Onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı bu sərəncam böyük sevinclə qarşılandı, bir çox ailələrə xoşbəxtlik bəxş etdi:

 

"Bu, xüsusən də yaşı 65-dən yuxarı insanların koronavirusdan qorunması yolunda atılan mühüm addımdır. 176 nəfər məhbus həyatı yaşamış vətəndaşımız bu gün əfv olunaraq öz ailələrinə qovuşacaq. Bu, kifayət qədər böyük addımdır.

 

Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın bundan öncə də minlərlə məhbusun əfv olunması təşəbbüsləri, amnistiya qərarları və verilmiş sərəncamlar bütün cəmiyyətimiz tərəfindən hər zaman dəstəklənmiş və ölkə rəhbərliyindən bu istiqamətdə olan gözləntilər də özünü təmamilə doğrultmuşdur.

 

Bu istiqamətdə mən də öz növbəmdə cənab Prezidentə və Mehriban xanıma BANM adından, eləcə də Şura üzvü olaraq bu humanizm siyasətini daim həyata keçirdiyinə və hər bir ölkə vətəndaşının qayğısına qaldıqlarına görə dərin təşəkkürlərimi bildirirəm!".

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla