Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Koronavirus pandemiyasının pik nöqtəsinin tarixi müəyyənləşdi

Gündəm
Koronavirus pandemiyasının pik nöqtəsinin tarixi müəyyənləşdi

May ayının əvvəlində koronavirusa yoluxanların sayı maksimum həddə çatacaq.

 

Buta.ws “Report”a istinadən xəbər verir ki, bunu agentliyə İstanbul Universitetinin Tibb fakültəsinin professoru Zeki Kılıçaslan söyləyib.

 

“Tükiyədəki kimi dünyada da pandemiya öz zirvəsinə mayın əvvəlində çatacaq, bundan sonra xəstələnmələrin sayı əyri xətt üzrə enməyə başlayacaq. Mayın ikinci yarısından başlayaraq məhdudiyyətlər qismən ortadan qaldırıla bilər, ancaq bir sıra məhdudiyyət tədbirləri uzun müddət yenə də davam etdiriləcək”, - professor açıqlayıb.

 

Alimin sözlərinə görə, pandemiya dünyada iqtisadi və sosial böhrana yol açacaq, bir çox ölkələrin Beynəlxalq Valyuta Fondunun (IMF) yardımına ehtiyacı olacaq və fondun nəzarəti altında antiböhran proqramlarını reallaşdıracaqlar.

 

“Türkiyənin buraxdığı əsas səhv İranla sərhədin bağlanma və beynəlxalq aviareyslərin dayandırılması qərarının gecikməsidir. Bundan başqa, ilkin mərhələdə ölkədə kifayət qədər testlər keçirilmirdi”, - Z.Kılıçaslan əlavə edib.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırdavirus 208 ölkə və bölgədə qeydə alınıb.

 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 288 000-i ötüb. Bunların 272 024 nəfəri sağalıb, 70 567 nəfəri isə ölüb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Gündəm bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla