Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Bu vətəndaşlarımızın gözlədiyi möhtəşəm xəbər gəldi – Millət vəkilindən açıqlama

Ölkə
Bu vətəndaşlarımızın gözlədiyi möhtəşəm xəbər gəldi     – Millət vəkilindən açıqlama

"Yaxın günlərdə möhtərəm prezidentimizin imzası ilə Məşğulluq Mərkəzində qeydiyyatdan keçməyən, yəni işsizlərələ bağlı növbəti yardım paketi imzalanacaq".

 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda qeyri-rəsmi işləyən bütün vətəndaşlara kompensasiya ödəniləcək:


"Koronavirusun vurduğu ziyanlardan biri də işsiz olub, amma heç bir yerdə qeydiyyatda olmayan vətəndaşlardır. Hər dəfə özümüz də vurğulayırıq ki, ölkə hüquqi, qanuni dövlətdir, qanuna əməl olunmalı, işsiz insanlar Məşğulluq Mərkəzində qeydiyyatdan keçməlidir. Birinci paketdə istər iqtisadi, istərsə də sosial müdafiəyə yönələn çox ciddi məsələlər öz əksini tapıb. Hökumətin növbəti paketi işsiz vətəndaşlara şamil olunacaq. Hansı ki, onlar  işsizdi, günəmuzd işləyib və heç bir yerdə qeydiyyatda olmayıb. Onların sayı dövlətə məlum deyil. Bu saat hökümətin bütün qurumları bunun üzərundə işləyirlər ki, qısa müddətdə növbəti paket qəbul olunsun. Əminəm ki, bu vətəndaşlar bir az səbirli olacaqlar. İqtisadi çətinliklər var, həmin insanlar gündəlik işləyib evlərinə çörək qazanırlar. İndi onlar "evdə qal" çağrışına qoşulub və elan olunan karantinlə bağlı evdən çıxa bilmirlər. Bu üzdən onların ciddi problemləri yaranır. Yəni, gündəlik işləyən vətəndaşın ola bilməz ki, problemi yaranmasın. Yaxın günlərdə qeyri-rəsmi işsizlərə də kompensasiya ödəniləcək. Buna əminəm. Prezidentimiz də, hökümətimiz də bunu gözəl bilir və hamı bu istiqamətdə səfərbər olub. Qısa vaxt ərzində bu problem həllini tapacaq və həmin vətəndaşların ailələri də sevinəcək".
Məlahət İbrahimqızının fikirincə, əhalinin ən hassas hissəsi də elə qeyri-rəsmi işsizlərdir:


"Rəsmi qeydiyyatda olanlar müavinət alır. Amma bu insanlar ən həssas və müdafiəsizdir. Ona görə ola bilməz ki, dövlətimiz, dövlətimizin başçısı "evdə qal" çağırışında ən çox problemi ola biləcək, məhz günəmuzd, qeyri-rəsmi işsizləri sevindirməsin".
 

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla