Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Ağdaşda karantin rejimini pozanlar həbs edildi – FOTO

Hadisə
Ağdaşda karantin rejimini pozanlar həbs edildi     – FOTO

Ağdaşda karantin rejim qaydalarını pozaraq, polisin qanuni əmrinə tabe olmayan iki şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib

 

 

Buta.ws xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ölkədə tətbiq olunan xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

 

 

Rayon ərazisində karantin rejimi ilə əlaqədar giriş-çıxışı məhdudlaşdırmaq üçün yaradılan postlarda polis əməkdaşları tərəfindən karantin rejim qaydaları izah olunmasına, eləcə də, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, polisin qanuni əmrinə tabe olmayaraq postu keçməyə cəhd göstərmiş iki nəfər Ağdaş rayon sakini - Firdovsi Dosməmmədov və Toğrul Həsənov saxlanılıblar.

 

 

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilib. Həmin şəxslər məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunublar.

 

 

Həmçinin, Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman karantin rejiminə əməl etməyərək, fəaliyyət göstərən səkkiz kafe, bir kompüter oyunları zalı və iki geyim əşyaları satışı edən mağaza aşkar edilib.

 

 

Həmin obyekt sahibləri barəsində karantin rejim qaydalarını pozduqlarına görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.

 

 

RPŞ əməkdaşları tərəfindən keçirilmiş digər bir tədbir nəticəsində sosial şəbəkələrdə koronavirus pandemiyası ilə bağlı heç bir dövlət qurumunun rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək yalan məlumatlar yayan Ağdaş şəhər sakini Nurlan Rəhimli saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və cərimə edilib.

 

 

Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində davam etdiriləcək.

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Hadisə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla