Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Həkimdən XƏBƏRDARLIQ – Uşaqlarınızda bu əlamətlər varsa...

Sağlamlıq
Həkimdən XƏBƏRDARLIQ    – Uşaqlarınızda bu əlamətlər varsa...

Türkiyəli pediatr, endokrinoloq Oya Duran Pembenar uşaqlarda rast gəlinən iştahasızlıq, dırnaq qırılması, ağız yarası və tez-tez səbəbsiz ağlamanın əsas səbəblərini açıqlayıb.

 

 

Buta.ws Milli.Az - a istinadən xəbər verir ki, ekspertin sözlərinə görə, hər üç uşaqdan birində dəmir çatışmazlığına rast gəlinir. Həkim qeyd edib ki, dəmir çatışmazlığı olan uşaqlar iştahasız olduqları üçün kifayət qədər qida qəbul etmirlər. Bununla bağlı olaraq böyümə və inkişaf geriliyi kimi ciddi problemlərin meydana gələ biləcəyi barədə xəbərdarlıq edib.

 

 

Hər üç uşaqdan birində aşkar olunan dəmir çatışmazlığı ciddi müayinə tələb edən sağlamlıq problemidir. Dolayısı ilə bu, uşaqların əqli inkişafına və öyrənmə qabiliyyətinə də mənfi təsir göstərir.

 

 

Pediatr onu da vurğulayıb ki, dəmir çatışmazlığı olan uşaqlar valideynlərinə narahatlıq yaradır, tez-tez səbəbsiz yerə ağlayıb-sızlayırlar. Belə uşaqlarda rast gəlinən digər vacib problem infeksion xəstəliklərdir. Odur ki, valideynlər dəmir çatışmazlığı əlamətlərinə qarşı həssaslıq göstərməlidir:

 

 

"Məktəbəqədər dövrdə inək südünün həddindən artıq istifadəsi də dəmir çatışmazlığına səbəb olan digər vacib amillərdən biridir. Hədsiz inək südü içmək dəmirin bədən tərəfindən sovrulmasını pozur və bağırsaqda incə qanaxmaya səbəb olur. Nəticədə dəmir çatışmazlığı inkişaf edir. Bundan əlavə, tez-tez yoluxucu xəstəliklər, bağırsaq parazitləri, mədə-bağırsaq traktının xəstəlikləri və ya böyrək xəstəlikləri, tez-tez burun qanaması kimi problemlər də dəmir çatışmazlığına səbəb ola bilər. Eyni zamanda, ilk altı ayda körpənin tək qidası ana südüdürsə və anada dəmir çatışmazlığı varsa, bu, körpədə eyni problemi inkişaf etdirə bilər", - deyə həkim bildirib.

 

 

Dəmir çatışmazlığının vacib əlamətləri

 

 

Oya Duran dəmir çatışmazlığı əlamətlərini aşağıdakı kimi sıralayıb:

 

 

1. Dəridə solğunluq ən çox görülən simptomlardır. Anemiya dərəcəsinə görə, solğunluq çox aşkar ola bilər.

 

 

2. İştahasızlıq dəmir çatışmazlığında ən çox görülən əlamətlərdən biridir. Uşağın qanı artdıqca iştahası bərpa olunur.

 

 

3. Yorğunluq və halsızlıq dəmir çatışmazlığı olan uşaqlarda ən çox qeyd olunan simptomlardır.

 

 

4. Dəmir çatışmazlığı olan uşaqlar tez-tez narahat olurlar.

 

 

5. Diqqət çatışmazlığı və qavrayış problemləri inkişaf edə bilər.

 

 

6. Böyümə geriləməsi dəmir çatışmazlığının digər vacib simptomudur.

 

 

7. Nadir hallarda ağlayarkən nəfəs tutulması baş verə bilər.

 

 

8. Dırnaqlar tez qırılır.

 

 

9. Ağız kənarında çatlaq dəmir çatışmazlığının tipik əlamətləridir.

 

 

10. Yuxu pozğunluqları da dəmir azlığına işarə edir.

 

 

11. Torpaq, əhəng və kağızı yemək istəyi də digər ümumi simptomlardır.

 

 

12. Əqli geriləmə müşahidə edilə bilər. (publika.az)

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Sağlamlıq bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla