Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Daxildən yoluxma halları daha çox aşkarlanmağa başlayıb" - RƏSMİ

Ölkə
"Daxildən yoluxma halları daha çox aşkarlanmağa başlayıb"     - RƏSMİ

"Azərbaycanda karantində olanların sayı 3 300-dən çoxdur. Onların əksəriyyəti xarici ölkələrdən gələnlərdir".


Buta.ws Report-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.


"Təəssüf hissi ilə demək istəyirəm ki, daxildən yoluxma halları daha çox aşkarlanmağa başlayıb. İstər xəstəxanalara müraciət edən pnevmaniya diaqnozu qoyulan şəxslər, istər 103 zəng xidmətinə zəng edənlərdən yaxma götürülərək müəyyənləşdirilib ki, daxildə də yoluxma var", - deyə Z.Əliyev bildirib.

 

İdarə Heyətinin sədri qeyd edib ki, koronavirusa yoluxma hallarının kütləviliyi nəzərə alınaraq, ölkə üzrə bu məqsədlə 21 xəstəxana ayrılıb:


"Xəstəxanaların çatışmayan (avadanlıq, tibbi personal) cəhətləri istiqamətində bir neçə qurumun dəstəyilə işlər görülür. Bakıda bu məqsədlə 6, regionlarda 15 xəstəxana ayrılıb".

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla