Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Əsas ürəklər təmiz olsun - Virusdan qorxmayan sakinlər ara məsafəsi saxlamırlar - VİDEO

Ölkə
Əsas ürəklər təmiz olsun - Virusdan qorxmayan sakinlər ara məsafəsi saxlamırlar     - VİDEO

Koronavirusa yoluxmaların qarşısını almaq məqsədilə bir sıra dünya ölkələrində, o cümlədən ölkəmizdə xüsusi rejim tətbiq edilir. Nazirlər Kabineti yanında operativ qərargah insanları diqqətli olmağa, ictimai-iaşə yerlərindən mümkün qədər uzaq durmağa çağırır. Ticarət mərkəzlərində və digər məkanlarda növbə gözləyənlər arasında məsafə 2 metrdən az olmamalıdır.

 

Buta.ws bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

 

Amma əksər yerlərdə vətəndaşlar bu qaydalara, deyilən tövsiyələrə əməl etmirlər. Xüsusən bank qarşılarında, marketlərdəki kassalarda iri növbələr yaranır. Burada insanlar bir-birinə ara məsafəsi saxlamadan çox sıx dayanır ki, bunun da çox ciddi fəsadları ola bilər.

 

Nadir Məhərrəmov - Həkim: "Kimsə söyləyir ki, 2 metr aralı durmaq lazımdır, 1 metr aralı durmaq lazımdır, 5 metr aralı durmaq lazımdır. Bunların hamısı məhz insanları qorumaq üçündür. Ümumiyyətlə, məsafə aralı olmalıdır, təmas çox az olmalıdır. Ən önəmlisi insanların o məsafəni düşünərək bu işləri görməsi lazımdır. Çünki hava-damcı yolu ilə yoluxa bilir. Selikli qişalardan yoluxa bilir".

 

Sakin: "Neynəyək bəs, ünsiyyətdə olmalıyıq hər halda. Qohum-əqrəbadır, necə edək, ayrı dayanmaq olmur axı? Əsas qəlblər təmiz olsun".

 

Sakin: "Camaat ciddiyə almır bu xəstəliyi. Elə mən özüm də ciddi qəbul etmirəm".

 

Nahid Məhərrəmov - Həkim: "Yaxşı olardı ki, bu pandemiyanın qarşısını almaq üçün ən azından biz insanlar da bir-birimizə kömək edək. Heç olmasa, əzizlərimizi qoruyaq, heç olmasa ətrafımızı qoruyaq. Bunları qoruduqca, biz artıq bu virusun qarşısını az da olsa, müəyyən qədər də olsa, ala bilərik".

 

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində 1 ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb və ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi nəzərdə tutulub. Həmin tədbirlərdə ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq qaydalara riayət olunaraq həyata keçiriləcəyi qeyd edilir.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla