Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Hər hansı əlavə xəstəliyi olmayan 21 yaşlı qız koronavirusdan öldü - "Təkcə yaşlıları öldürmür..." - FOTO

Dünya
Hər hansı əlavə xəstəliyi olmayan 21 yaşlı qız koronavirusdan öldü     - "Təkcə yaşlıları öldürmür..." - FOTO

Hər hansı bir əlavə xəstəliyi olmayan 21 yaşlı qız koronavirusdan ölüb.

 

Buta.ws Milli.Az-a istinadla xəbər verir ki, hər hansı ağır xəstəliyi olmayan 21 yaşlı Chloe Middleton (Xlo Midlton) adlı qız COVID-19-dan dünyasını dəyişib.

 

Beləliklə, o, Britaniyada koronavirusun ən gənc qurbanına çevrilib.

 

Qızlarının ölümündən şoka düşən ailəsi insanları koronavirusu ciddiyə almağa səsləyib.

 

"İnsanların adi xəstəlik kimi qəbul etdiyi bu virusdan mənim gənc qızım öldü", - qızın anası Diane Middleton sosial şəbəkə hesabında yazıb.

 

İngiltərənin Bakinqhemşir qraflığında yaşayan qadın insanları evdə qalmağa səsləyib. O, bildirib ki, virus təkcə yaşlıları öldürmür.

 

Mart ayının 25-nə olan statistikaya görə Britaniyada 8227 nəfərdə koronavirus aşkarlanıb. 433 nəfər bu xəstəlikdən dünyasını dəyişib.

 

Ümumilikdə, dünya üzrə 452157 nəfər koronavirusa yoluxub. 20494 nəfərin həyatını xilas etmək mümkün olmayıb. 113120 insan COVID-19-dan sağalıb.

 

Qeyd edək ki, koronavirusdan sağalanların ağciyərinin fəaliyyəti 30 faiz zəifləyir. Hər hansı cəld hərəkət zamanı təngnəfəsliyə və boğulmaya səbəb olur.

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Dünya bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla