Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Koronavirus bitməmiş hantavirus meydana çıxdı

Dünya
Koronavirus bitməmiş hantavirus meydana çıxdı

Bütün dünya koronavirusun yayılması ilə məşğul olduğu bir vaxtda Çindən yeni virus meydana gəlib.

 

Buta.ws Oxu.az-a istinadən xəbər verir ki, Çində 32 nəfər hantavirus üzündən karantinə alınıb.

 

Bazar ertəsi Çinin Yunnan əyalətindən Şandonq əyalətinə qayıdan bir nəfər ölüb. Test nəticəsində onun hantavirusdan öldüyü təsdiqlənib.

 

Bəs hantavirus nədir? Ona yoluxmanın əlamətləri hansılardır və necə yayılır?

 

Hantavirusun bir çox növünə Şimali və Cənubi Amerikada rast gəlinir. Bu virusun ən çox yayıldığı ölkələr Argentina, Çili, Braziliya, ABŞ, Kanada və Panamadır. Bundan başqa, Çin, Koreya və Rusiyada da nadir hallarda müşahidə edilir.

 

Əsasən, Amerika qitəsində rast gəlinən və bir çox növü olan hantavirus infeksiyası vəhşi siçanların nəcisi və ya ağız suyu ilə ifraz olunaraq toz halında havaya buraxılır və tənəffüs vasitəsilə insanlara yoluxur. Bundan başqa, bu virusa təbiətdə yetişən tərəvəz və meyvələrlə, eyni zamanda virusu daşıyan gəmiricinin dişləməsi nəticəsində yoluxmaq mümkündür. Bu virusa yoluxan insanlarda hərarət və titrəmə, böyrək funksiyasının pozulması, baş, əzələ, qol və bel ağrısı, ürəkbulanma və ya qusma, ishal, müvəqqəti olaraq bulanıq görmə, öskürək, tənəffüsün pozulması, dəridə qaşınma kimi əlamətlər müşahidə edilir.

 

2013-2018-ci illərdə Argentinada hantavirusdan 111 nəfərin öldüyü bildirilir.

 

Hantavirusdan yaranan, Ümumdünya Səhiyyə Təşkilatının “Hantavirus böyrək sindromu” (HPS) adı verdiyi xəstəlik insandan insana keçmir.

 

Alimlərin dediyinə görə, hantavirus infeksiyasının müalicəsi üçün hansısa xüsusi müalicə və ya peyvənd tapılmayıb.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Dünya bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla