Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Azərbaycanda koronavirusa görə fonda kim nə qədər pul köçürüb? - ADLAR

Ölkə
Azərbaycanda koronavirusa görə fonda kim nə qədər pul köçürüb?     - ADLAR

Xəbər verdiyimiz kimi, artıq 5 gündür ki, Prezidentin fərmanıyla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Fonda bugünə kimi 68,274,279 manat ianə toplanıb. İanə köçürənlər arasında həm hüquqi, həm də fiziki şəxslər var.

 

“Qafqazinfo” bu məqamda fiziki şəxslərin tərəfindən edilən ianələrə nəzər salıb. Belə ki, fiziki şəxslər tərəfindən Fonda ümumilikdə 781,759 manat pul köçürülüb. Minumum 1 manatdan başlayaraq 5,10, 20,50, 100 və daha böyük məbləğlərdə pul ianə edilib.

 

Belə ki, Prezident İlham Əliyev Fonda 126,900, birinci vitse-prezident Mehriban Əliyeva isə 101,700 manat pul ianə edib.

 

Hökumət üzvləri də ianə aksiyasına qoşulub.

 

Fonda Baş Nazir Əli Əsədov 3600, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 10, 460, Prezidentin köməkçisi Şahmar Mövsümov 1000, Baş nazirin müavini Şahin Mustafayev 3090, Müdafiə Sənayesi naziri Mədət Quliyev 17,165, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2500 manat pul köçürüb.
 

Milli Məclisin deputatları da ianə aksiyasından kənarda qalmayıb. Belə ki, Fonda Qənirə Paşayeva 2800 manat, Ziyafət Əsgərov 4000, Zahid Oruc 500, Qüdrət Həsənquliyev 500, Nizami Cəfərov 3500 manat pul ianə edib.

 

Fiziki şəxslər arasında ən yüksək ianəni isə Müşfiq Həsənov edib. O, Fonda 180 min manat pul köçürüb.
 

Hüquqi şəxs olan bir sıra dövlət qurumları da Fonda pul köçürüb. Onlar tərəfindən köçürülən ianələrlə bağlı daha ətraflı aşağıdakı link vasitəsiylə tanış ola bilərsiniz

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla