Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

PA-nın rəhbər şəxsləri əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdülər

Siyasət
PA-nın rəhbər şəxsləri əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdülər

Ölkə ictimaiyyəti koronavirusla mübarizə tədbirlərinə fəal dəstək göstərir, bu məqsədlə yaradılmış Fonda könüllü ianələr edir.

 

Buta.ws “Report”a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Administrasiyanın, İşlər İdarəsinin və Birinci vitse-prezidentin katibliyinin rəhbər şəxsləri də bu nəcib təşəbbüsə qoşularaq bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsaitlər xüsusi rejimli tibb müəssisələrinin formalaşmasına, maddi-texniki sahənin gücləndirilməsinə, eləcə də ölkəmizdə koronavirusla mübarizə sahəsində həyata keçirilən digər tədbirlərə yönəldiləcək.

 

Fonda Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat ayrılıb. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir illik əməkhaqlarını Fonda ianə ediblər.

 

Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən müxtəlif şirkətlər, qurumlar, fiziki və hüquqi şəxslər Fonda könüllü köçürmələr edir.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla