Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Korona virusuna qarşı ehtiyat tədbirləri: Bazardan aldığımız meyvə və tərəvəzləri necə yumalıyıq?

Sağlamlıq
Korona virusuna qarşı ehtiyat tədbirləri:     Bazardan aldığımız meyvə və tərəvəzləri necə yumalıyıq?
Korona virusunun təsirini davam etdirdiyi indiki vaxtda insanlar bayıra az hallarda çıxmağa çalışır. Marketlərdən mümkün qədər çox sayda məhsul almağa çalışan insanlar bazarlardan və digər açıq satış yerlərindən meyvə-tərəvəz aldıqdan sonra hansı gigiyenik qaydalara əməl etmək lazım gəldiyini bilmək istəyirlər. Mövzu ilə bağlı açıqlama verən türkiyəli professor Tanıl Kocagöz vacib 8 məqamı qeyd edib. O, yeni korona virusunun tənəffüs yollarında xəstəlik yaradan mikroorqanizm olduğunu ifadə edib: "Bu virusun bir çox hallarda heç bir simptom omadan və ya az simptomla qeydə alındığını, xüsusilə yaşlı, immuniteti zəif, ürək və şəkərli diabet kimi xəstəlikləri olan və siqaret cəkən adamlar üçün daha ciddi, bəzən isə ölümcül olduğunu deyən Tanıl Kocagöz alınacaq tədbirlərə diqqət çəkib. Prof. Dr. Tanıl Kocagöz, bunları söyləyib: "Virus, xəstə insanların öskürək və asqırmaları nəticəsində ətrafa yayılan xırda damcıların sağlam insanların tənəffüs yollarına keçməsi ilə ötürülür. Bu damcılar xəstəni tərk etdikdən sonra qısa müddət havada qalır, sonra səthlərə yapışır və daşıdıqları viruslar bir neçə gün sağ qala bilər. Havadakı damcıların tənəffüs yollarına keçməsi və ya düşdükləri səthlərdən əllərə yapışan virusların daha sonra üzə, özəlliklə ağıza, buruna və ya gözə toxunulması nəticəsində meydana gəlir. " Qapalı və açıq bazarlarda nələrə diqqət etməli Qeyd olunan məkanlarda virusa yoluxmuş adamların öskürməsi və ya asqırması ondan bir metrə qədər havada virusun ola biləcəyini bildirən Tanıl Kocagöz həmin virusların daha sonra tərəvəz, meyvə və digər cisimlər üzərinə düşə biləcəyini qeyd edir. Xəstə adamların ağzına və ya burnuna toxunduqdan sonra əllərini vurduqları səthə virus keçə bilər. "Ehtiyatlı olmasanız, həmin səthlərdən yoluxa bilərsiniz". Bəs, bazarlarda bu təhlükədən qorunmaq üçün nələr etmək lazımdır? Prof. Dr. Tanıl Kocagöz aşağldakı.tədbirləri önəmli sayır: 1. Bazar və marketlərə, insanların az olduğu vaxtlarda getməyə çalışın. Həmin məkanlarda gəzərkən 1 metrdən artıq heç kimə yaxınlaşmayın. 2. Heç kimlə əl ilə görüşməyin ; uzaqdan salamlaşın. 3.Çalışın yanınızda dezinfeksiyaedici vasitələr olsun. 4. Meyvə, tərəvəz və ya digər əşyalar götürüb bir torbaya, çantaya qoyub pul verdikdən sonra əlinizə dezinfeksiyaedici vasitələr vurun. 5. Üzünüzə toxunmamağa çalışın. Meyvələri və tərəvəz məhsullarını necə yumalı 6. Evə qayıdarkən meyvə və tərəvəzləri bol su ilə yuyun. Meyvə, pomidor, xiyar kimi tərəvəzləri təbii, bol su ilə yuyun. 7. Əgər qurudulmuş qoz-fındıq almış olsanız, onları 5-10 dəqiqə qovurun. Bu tədbirlər ilə bazarda təhlükəsiz şəkildə alış-veriş edə bilərsiniz. Ancaq xəstələnmə riskini minimuma endirmək üçün, bazar kimi izdihamlı yerlərə mümkün qədər az getməyə çalışın. Ens.az
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Sağlamlıq bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla