Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

ABŞ koronavirusa görə hər vətəndaşına min dollar ödəyir, bəs Azərbaycan? – Deputatdan AÇIQLAMA

Siyasət
ABŞ koronavirusa görə hər vətəndaşına min dollar ödəyir, bəs Azərbaycan?     – Deputatdan AÇIQLAMA
Faktiki olaraq, Azərbaycan dövləti koronavirusla mübarizədə hər vətəndaş üçün həmin vəsaiti xərcləyir”. Buta.ws xəbər verir ki, Sfera.az-a açıqlamasında bu sözləri ABŞ-ın təhlükəli virusla mübarizə çərçivəsində hər bir vətəndaşına min dollar ödəməsi fonunda, anoloji addımın Azərbaycan dövləti tərəfindən də atılması vacibliyinə münasibət bildirərkən Milli Məclisin deputatı Eman Nəsirov deyib: "Azərbaycan koronavirusun qarşısını almaq istiqamətində ciddi addımlar atır, ciddi karantin tədbirləri həyata keçirir. Bu tədbirlərin də əsas məqsədi Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin edilməsidir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da bu istiqamətdə ölkəmizin fəaliyyətini yüksək qiymətləndirib”. Deputat onu da təklif etdi ki, ABŞ yalnız öz vətəndaşlarına deyil, bir fövqəldövlət olaraq virusdan əziyyət çəkən digər ölkələrə də maliyyə dəstəyi göstərsin: "ABŞ-ın koronavirusa görə hər bir vətəndaşına min dollar həcmində birbaşa nağd ödəniş etməsinə gəldikdə, bu ölkə dünyanın fövqəldövlətidir, ən böyük iqtisadiyyata malikdir, 15 trilyon dollarlıq ümumi daxili məhsulu var. Hesab edirəm ki, virusla mübarizədə ABŞ-ın ən böyük töhfəsi həmin geniş maliyyə imkanlarından istifadə edib, təkcə özünə deyil, ümumi bəlaya qarşı mübarizə prosesində dünyanın digər dövlətlərinə də maliyyə dəstəyi göstərməsi ola bilərdi.Bəşəri sınaq qarşısında tək ABŞ-ı koronavirusdan izolyasiya etməklə həmin bəlaya qalib gəlmək mümkün deyil”. E. Nəsirova görə Azərbaycan təhlükəyə qarşı mübarizədə atdığı ciddi addımlarla vətəndaşlarımıza faktiki olaraq həmin vəsaiti ayırıb: "Azərbaycan virusun geniş yayıldığı İranla qonşudur. Deməli, ölkəmiz üçün təhlükə daha böyükdür. Bu baxımdanhesab edirəm ki, ABŞ həmin reallığı nəzərə ala bilər. Faktiki olaraq Azərbaycanın virusla mübarizədə vaxtında atdığı ciddi addımlarda məqsədi hər bir ölkə vətəndaşını bəladan qorumaqdır. Bunlar da böyük vəsait tələb edir. Belədə faktiki olaraq, Azərbaycan dövləti elə hər bir ölkə vətəndaşı üçün həmin vəsaiti ayırmış vəziyyətdədir”
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla