Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Bayramda evinizdə oturun, televiziyada verilən mahnılara oynayın" — VİDEO

Gündəm
"Bayramda evinizdə oturun, televiziyada verilən mahnılara oynayın"      — VİDEO

Azərbaycan Televiziyasında (AzTV) aparıcı Rüfət Həmzəyevin təqdimatında efirə gedən “Əsas məsələ” tok-şousunda qlobal miqyasda sürətlə yayılan koronavirusla bağlı ölkəmizdə tətbiq edilən sosial izolyasiya şəraiti, bu şəraitdə necə davranmalı olduğumuz, virusla bağlı dünyada və ölkəmizdə son vəziyyət şərh olunub.


BUTA.WS-ın məlumatına görə, millət vəkili Musa Quliyev qeyd edib ki, bu, olduqca ciddi məsələdir:


“Son 100 ildə bu, ikinci pandemiyadır. Birincisi, onun vaksini yoxdur, ikincisi, bu virusun özünü necə aparacağı ilə bağlı bir təcrübə yoxdur. Hələlik bu virusdan qorunmağın yeganə yolu izolyasiyadır. İnsanlarımız ehtiyatlı olmalıdır.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda görülən işləri çox yüksək qiymətləndirib. Ancaq hər birimiz bu məsələnin ciddiliyini qiymətləndirməliyik. Gedirsən, bazarlarda insanlar qaynaşır. Heç biri də profilaktik tədbirlər görmür. Bir tərəfdən məktəbləri bağlamışıq, o biri tərəfdən mollarda insanlar qaynaşır”.


Millət vəkili Fazil Mustafa 2012-ci ildə dünyanın dağılması ilə bağlı dezinformasiyaları xatırladıb:


“Həmin vaxt əhali mağazalarda şam və kibriti tükətdi. “Qara bayram”da hamı bir-birinin evinə gedir. Bayramın qarası olmur. Bunun “qara”sını haradan kəşf etmisiniz?! Dinə aid olmayan bəzi adətlərin girovuna çevrilmişik.


Virusun da belə şəraitdə yayılma riski böyükdür. Və ya manatı dollara çevirmək üçün yaradılan növbələrdə bu təhlükə var. Onlarla valideyn görürəm ki, uşağı marketin içində sürüyür. Bayrama münasibət də dəyişməlidir. Bu bayramda evinizdə oturun, televiziyada verilən mahnılara oynayın. Küçəyə çıxmayın, təmasları azaldın”.


Millət vəkili, Tibb üzrə elmlər doktoru Rəşad Mahmudov bildirib ki, bu gün cəmiyyət ümumbəşəri problemlə üz-üzədir: “Azərbaycan bu təhlükəyə qarşı vaxtında və lazımınca reaksiya verdi. Karantin deyilən hal xəstəliyi müalicə etmək deyil. Xəstəliyin başqa insanlara keçməməsi üçün onu təcrid olunmuş vəziyyətdə saxlamaqdır. Biz bunları qarışdırmamalıyıq. ÜST ölkəmizdə bu istiqamətdə aparılan işləri yüksək qiymətləndirir”.


Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov qeyd edib ki, hazırkı durumda cəmiyyətin üzərinə böyük məsuliyyət düşür: “Biz və italyanlar adətən emosiya ilə hərəkət edirik. Belə olan halda şüur bir qədər kölgədə qalır. Bəzi dəyərlərimizə də bu fürsətdən istifadə edərək, bir daha baxmalıyıq. Məsələn, görüşərkən öpüşmək, qucaqlaşmaq və s. ”.


Verilişin gedişatında müxtəlif müxbir postları ilə, eyni zamanda İsraildən beynəlxalq məsələlər üzrə Arye Qutla canlı bağlantılar qurulub. (Baku.ws)

 

 

 

 

BUTA.WS

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Gündəm bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla