Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Alimlərdən XƏBƏRDARLIQ: mobil telefonlar ölümcül virusun mənbəyidir

Sağlamlıq
Alimlərdən XƏBƏRDARLIQ: mobil telefonlar ölümcül virusun mənbəyidir

Koronavirus, qrip və soyuqdəymə hissəciklərinin ən çox toplandığı əşyalardan biri telefonlardr.

 

Buta.ws bildirir ki, bu barədə ingilis tədqiqatçılar məlumat yayıb. Bildirilib ki, əlimizdən düşməyən mobil telefonlar koronavirus infeksiyasının mənbəyi siyahısına başçılıq edə bilər. Sauthempton Universitetinin professoru Uilyam Kivilin sözlərinə görə, istədiyiniz qədər əllərinizi yuya bilərsiniz, ancaq bundan sonra smartfonun ekranına toxunmaq infeksiyaların yenidən dərinizə nüfuz etməsinə səbəb olur. Xüsusilə burnunuza və ya ağzınıza toxunsanız, infeksiya riski artacaq.

 

Ətrafınızda xəstə insanlar öskürəndə və ya asqıranda COVID-19, qrip və ya adi soyuqdəymənin viral hissəcikləri olan tüpürcək damcıları müxtəlif səthlərə yayılır. Həkimlər xəbərdarlıq edir ki, bu viruslar yayıldığı səthlər üzərində "hərəkət edir". Odur ki, əllərinizi yuyub yenidən telefondan istifadə etsəniz, bunun heç bir effekti olmayacaq.

 

Koronavirusun hər hansı qacetin səthində nə qədər yaşaya biləcəyi əslində açıq sualdır. Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri bunu müəyyənləşdirmək üçün elmi tədqiqat işlərinin aparılmadığını, eləcə də yeni tip virusun digər səthlərdə yaşaması haqqında konkret məlumatlar olmadığını vurğulayıb.

 

Yoluxucu xəstəlik mütəxəssisləri bildirib ki, virusdan qorunmaq üçün sadəcə əlləri yumaq təsirli deyil, smartfonları da təmizləmək eyni dərəcədə vacibdir. Antiseptiklər bu baxımdan faydasızdır. Alkoqol əsaslı salfetlər və gellərdən istifadə etmək daha etibarlıdır. Bu yolla qacetlərə yığılan zərərli hissəciklər mexaniki olaraq silinəcək. 

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Sağlamlıq bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla