Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

“Yenə manata ehtiyacları olacaq” - Dollar təlaşına Mehriban Əliyevanın köməkçisindən REAKSİYA (VİDEO)

İqtisadiyyat
“Yenə manata ehtiyacları olacaq” - Dollar təlaşına Mehriban Əliyevanın köməkçisindən     REAKSİYA (VİDEO)

“Ölkəmizin ehtiyatları, xarici valyuta ehtiyatlarımız hazırda ən yüksək həddədir. Mərkəzi Bankın ehtiyatları, fiskal ehtiyatlar, Neft Fondunun birgə ehtiyatları – hamısı 52 milyardı üstələyir”.

 

Buta.ws xəbər verir ki, bunu Birinci vitse-prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişində bildirib.

 

X.Əhədov, həmçinin daxili bazarda xarici valyutaya tələbatdan da danışıb: “Bizim əhalinin, ümumiyyətlə iqtisadi agentlərin nağd şəkildə manatları var, yəni əhalinin əlində olan nağd vəsaitləri, onların banklardakı hesablardakı qalıqları, müddətli depozitlər, hüquqi şəxslərin, şirkətlərin hesablarındakı manat qalıqları hamısı bir yerdə, təqribi, 18 milyard manat təşkil edir. Əlindəki manatı xarici valyutaya döndərən iqtisadi agentin yenə həmin valyutaya ehtiyacı olacaq. Məcbur olacaq ki, onu mübadilə məntəqəsinə aparsın satsın və həmin vəsaitdən istifadə etsin”.

 

Onun sözlərinə görə, milli valyuta narahat kütlə tərəfindən mübadilə məntəqələrinə aparılır və dəyişdirilir: “Bu vəsaitlər sabah tələbat yarandıqca dəyişəcək”.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

İqtisadiyyat bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla