Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Zaqatalada 150 min manatlıq fındıq ləpəsi oğurlayan “Naco” ləqəbli oğru və dəstəsi saxlanıldı

Kriminal
Zaqatalada 150 min manatlıq fındıq ləpəsi oğurlayan “Naco” ləqəbli oğru və dəstəsi saxlanıldı

Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fındıq zavodundan 150 min manat dəyərində fındıq ləpəsinin oğurlanması barədə məlumat daxil olub. 


Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. 
Şöbə əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törətməkdə şübhəli bilinən "Naco” ləqəbli Nəcməddin Baqayev və onun dəstəsinin üzvləri - Hacımurad Bolayev, Rəsul Xəlilov, Elnur İsmayılov, Maxaç Tahirov saxlanılıblar.


Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər həmin zavodda mühafizəçi olaraq işləyən M.Tahirovun vasitəsilə videokameraların obyektivlərini bağlamaqla fevral ayında ayrı-ayrı vaxtlarda 6 dəfə həmin zavoda oğurluq məqsədilə qanunsuz olaraq daxil olub, oradan çəkisi 13 tondan artıq olan fındıq ləpəsi oğurlayıblar. Onlar ifadələrində cinayət yolu ilə əldə etdikləri məhsulu Bakı şəhərində satdıqlarını bildiriblər. 


Faktla bağlı saxlanılan şəxslər barəsində Zaqatala RPŞ-də Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işinə başlanılıb, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Hal-hazırda dəstənin digər cinayət əməlləri törədib-törətməməsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Kriminal bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla