Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Külli miqdarda dolların ölkədən çıxarılmasının qarşısı alınıb - FOTO

Kriminal
Külli miqdarda dolların ölkədən çıxarılmasının qarşısı alınıb -     FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.

 

Buta.ws bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

 

Məlumata görə, Bakı-İstanbul aviareysi ilə gedən sərnişin gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən şifahi, yazılı, elektron formada bəyan etməyib.

 

Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri müşahidə edilib. Çantaya təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub.

 

Yoxlama zamanı baqajın içərisindəki sellofan paketdə olan 1 cüt ayaqqabı, gödəkcə və paltarların arasında olan kisənin içərisindən gömrük nəzarətindən gizlədilən və bəyan olunmayan, ümumilikdə 42 600 ABŞ dolları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Kriminal bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla