Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Bakıda dollar ajiotajı: Bu bank dolları limitlə satır, bəziləri isə satışı dayandırıb - REPORTAJ

İqtisadiyyat
Bakıda dollar ajiotajı: Bu bank dolları limitlə satır, bəziləri isə satışı dayandırıb     - REPORTAJ

Dünya bazarında neftin qiymətinin ucuzlaşması ABŞ dollarına tələbatı artırıb. Bir çox iqtisadi ekspertlər isə baş verənlər fonunda növbəti devalvasiyanın qaçılmazlığı haqda proqnozlar səsləndirməyə başlayıblar.

 

Mərkəzi Bankın açıqladığı məzənnədə dəyişiklik olmasa da Azərbaycanda dollar ajiotajının yaşandığı sirr deyil. Çoxları hesab edir ki, hökumətin səylərinə baxmayaraq dolların hazırkı məzənnəsini uzun müddətə qoruyub saxlamaq mümkün olmayacaq. Bu isə paytaxtda ABŞ dollarına olan tələbatı nəzərəçarpan dərəcədə artırıb.

 

Buta.ws xəbər verir ki, Sfera.az-ın əməkdaşı mövzunu araşdırmaq məqsədilə araşdırma aparıb. Bu gün dollar alıcısı kimi müxtəlif banklara üz tutan əməkdaşımız maraqlı sitiuasiya ilə üzləşib.

 

Məlum olub ki, "Günaybank”da dollar limitlə satışa çıxarılıb. Belə ki, burada bir şəxsə 300 ABŞ dollarından artıq valyuta satılmayıb.

 

"Respublika” Bankında ABŞ dolları limitsiz təklif edilsə də burada uzun növbələr yaşanıb ki, bu da dollar ajiotajının ciddiliyindən xəbər verir.

 

ABS bankda və "Günaybank”ın Nizami küçəsindəki filalında isə dollar satışı ümumiyyətlə dayandırılmışdı.

 

Əməkdaşımız xəbər verir ki, belə bir vəziyyət qara bazarı əməlli-başlı fəallaşdırıb. Belə ki, qara bazarda dollar 1.71 və 1.75 manat aralığında təklf olunub.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

İqtisadiyyat bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla