Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Rəşad karyerasını ötən il bitirmək istəyirdi, mən qoymadım" - Qurban Qurbanov

İdman
"Rəşad karyerasını ötən il bitirmək istəyirdi, mən qoymadım"     - Qurban Qurbanov

"Futbolçularımı təbrik edirəm. Çox yaxşı oyun oldu. Hər iki komanda mübarizə apardı. Get-gedə hər bir komandanın oyununda inkişafı görürük. Hər oyuna belə motivasiya, istəklə çıxmalıyıq".

 

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 20-ci turunda "Keşlə"yə qalib gəldikləri oyundan (2:0) sonra mətbuat konfransında deyib.
 

- Son oyunlarda Aylton Silvanı əvəzləyir və Maksim Medvedevi sol cinaha keçirirsiz. Bu, Ayltonun gedişinə hazırlıq məqsədi daşıyır?

- İkinci oyundur belə edirik. Aylton bir matçı cəza səbəbindən buraxmışdı. Performansı 90 dəqiqə oynamağa çatmır. Ona görə ikinci hissədə çatdırmadığı hiss olundu. Maksim dəfələrlə orda oynayıb. Başqa bir səbəbi yoxdur.

 

- Bu gün Abdullah Zubiri hücumun arxasında oynadırdınız. Bu eksperimentin effektiv alındığını düşünürsüz?

- Bu gün mövqe dəyişikliyi etmişdik. Əvvəl də bəzi matçlarda belə yerdəyişmə olub. Bu gün sırf rəqibə görə belə addım atdıq. Zubirə qarşı müdafiəçilər daha sərt, yaxın oynayırlar. Ona sərbəstlik vermək istəyirdik. Özünü pis göstərmədi. 

 

- Bugünlərdə müzakirə olunur ki, Rəşad Sadıqov mövsümün sonunda karyerasını başa vuraraq məşqçiliyə başlayacaq. Yayılan xəbərlər nə dərəcədə həqiqəti əks etdirir? Onunla bu barədə danışmısınız?

- Rəşad keçən il karyerasını bitirmək istəyirdi, mən qoymadım. Hətta ona 2 illik müqavilə təklif etdik. Özü razı olmadı. Bir il də oynayıb tamamlamaq istəyirdi. Qərara gədik ki, bu mövsüm oynayıb, sonra karyerasını bitirsin. Onu son ildə mən saxlamışam ki, oyununu davam etdirsin.
 

Rəşadın adının milli ilə hallanması məni sevindirir. Futbolda böyük əziyyəti olan insana belə hörmət edilməsi və inanılması sevindiricidir. Onun böyük potensialı var. Bunu hamınız bilirsiz. Həm futbolçu kimi, həm məşqçi kimi belədir. Bizim futbolçularımızın və məşqçilərimizin yaxşı yerlərdə oynamasına ancaq sevinirik. Potensiallı insanlara güvənmək mənim üçün xoşdur.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

İdman bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla