Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Bakıda bir ailənin 5 üzvü qəzaya düşdü

Hadisə
Bakıda bir ailənin 5 üzvü qəzaya düşdü

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
 

Buta.ws Report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
 

“Jeep” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-2107”də olan bir ailənin 2 üzvü – Şəhriyar Həsənov və onun anası (ad və soyadı dəqiqləşdirilir-red) hadisə yerində ölüb. Hadisə zamanı həmçinin ailənin daha 3 üzvü – 29 yaşlı Həsənova Lamiyə Zöhrab qızı və onun övladları – 6 yaşlı Həsənova Mənisə Şəhriyar qızı, iki aylıq körpə Həsənova Məryəm Şəhriyar qızı ağır bədən xəsarətləri alıblar. 
 

Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. L.Həsənovaya bədənin müştərək travması, Mənisə Həsənovaya sol bazu sümüyünün sınığı və ənsə nahiyəsinin əziyi, Məryəm Həsənovaya isə qapalı kəllə-beyin travması, baş-beyin əziyi, təpə-ənsə nahiyəsinin qəlpəli sınıqları diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Hadisə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla