Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Evdəki əşyalar öz-özünə yanır, azan oxunanda sönür - Azərbaycanda müəmmalı hadisə

Hadisə
Evdəki əşyalar öz-özünə yanır, azan oxunanda sönür     - Azərbaycanda müəmmalı hadisə

Sumqayıt şəhəri 49-cu məhəllədəki evlərin birində müəmmalı yanğınlar baş verir.

 

Buta.ws Baku TV-yə istinadən bildirir ki, bir neçə gündür ki, evin fərqli otaqlarında əşyalar öz-özünə alovlanır. 

 

Həmin mənzil sahiblərindən biri Şahid Məmmədovun sözlərinə görə, hər gün baş verən bu hal onları qorxuya salıb. Hətta vəziyyət o yerə çatıb ki, evdəki bütün əşyalar həyətə daşınıb.

 

Ən maraqlısı isə yanğının axşam azanından sonra dayanmasıdır.

 

Müəmmalı hadisəyə qonşular da şahidlik edib. Onlar evdə olduqları zaman müxtəlif yerlərin qəfildən alovlandığını deyirlər.

 

Ev sahibləri deyir ki, bu vaxta qədər yanğın nəticəsində televizor, divan-kreslo, pərdə və elektrik naqilləri yararsız hala düşüb.

 

Əvvəlcə elə düşünülüb ki, alov elektrik naqillərindəki qısaqapanmadan yaranır, lakin sonradan bunun müəmmalı şəkildə baş verdiyi görünüb.

 

Qeyd edək ki, sözügedən evdə yeddi nəfərdən ibarət iki ailə yaşayır.

 

Məsələ ilə bağlı aidiyyatı qurumlara məlumat verilib. Bundan sonra evə gələn mütəxəssislər elektrik xətlərinə baxış keçirib və nasazlıq aşkarlanmayıb. Lakin bu qorxulu mənzərə demək olar ki, hər gün yaşanır.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Hadisə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla