Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Rafael Ağayev: "Tokioya qızıl medal üçün yola düşəcəyəm"

İdman
Rafael Ağayev: "Tokioya qızıl medal üçün yola düşəcəyəm"

"Tokio 2020"də karate idman növü ilk dəfə təmsil olunacaq. Bu vaxta qədər bütün titulları qazanmışam. İndi əsas hədəf Tokio Olimpiadasıdır. Ən böyük arzum Olimpiya çempionu titulunu qazanmaqdır.

 

Buta.ws Trend-ə istinadən bildirir ki, bu sözləri jurnalistlərə müsahibəsində dünya şöhrətli karate ustası, Azərbaycan milli komandasının lideri Rafael Ağayev qeyd edib ki, hazırda çox yaxşı idman formasındadır:

 

"Artıq 28 ildir ki, karate idman növü ilə məşğul oluram. Bu idman növünü çox sevirəm və məhz bu sahəni seçdiyim üçün məmnunam. Düşünürəm ki, hazırda yaxşı idman formasındayam. Bəzən belə fikirlər səsləndirilir ki, Rafael yaşlanıb və karyerasını bitirməyi düşünmürmü? Bu cür fikirlər məni nəinki ruhdan salmır, daha da gücləndirir. Karyeramı bitirməyim isə Tokioda qazanacağım medalın əyarından asılı olacaq. Məşqlərimi davam etdirirəm. Tokioya qızıl medal üçün yola düşəcəyəm".

 

Rafael Ağayev martın 25-29-da Bakıda keçiriləcək 55-ci Avropa çempionatında ciddi səbəb olmazsa, iştirak edəcəyini bildirib:

 

"Qitə çempionatında mütləq çıxış etmək istəyirəm. Avropa çempionatını buraxmaq hər hansı ciddi zədə səbəbindən ola bilər. Qarşıda məşqlərimiz var. Avropa çempionatının ilk günündə - martın 25-də mübarizə aparacağam. Doğma arenada, sevimli azarkeşlərdən dəstək gözləyirəm. Çünki xalqımın, millətimin mənə sevgisi və dəstəyi olmasaydı, bu qədər yüksək nəticələr qazana bilməzdim".

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

İdman bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla