Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

““Səni mən adam eləmişəm” deyib işdən çıxmağımı istədi...” - Qalmaqal

Maqazin
““Səni mən adam eləmişəm” deyib işdən çıxmağımı istədi...” -     Qalmaqal

Xəzər TV-də yayımlanan "5-də 5" proqramının aparıcısı Zaur Kamalla parodiyaçı-aktyor Elnur Mahmudov arasında qalmaqal baş verib.

 

Buta.ws qafqazinfo-ya istinadən xəbər verir ki, tərəflər arasında gərginlik bir həftə bundan əvvəl yaranıb. E. Mahmudovun sözlərinə görə, o, Z.Kamalın təkidi ilə ərizə yazaraq işdən ayrılıb.

 

Buna baxmayaraq, onun yer aldığı kadrlar proqramda hələ də yayımlanır. Bundan narazı olan E.Mahmudov İnstaqram-da həmin kadrları paylaşaraq Zauru sərt şəkildə tənqid edib:

 

"Mən "5-də 5" proqramı ilə 1 həftə olar ki, yollarımı ayırmışam. Hətta bunu elan da etmişəm. Çünki verilişin aparıcısı (Zaur Kamal- red.) kollektivinin yanında ərizəni hörmətsiz, kobud və özünəməxsus şəkildə qabağıma tulladı ki, könüllü olaraq yaz və işdən çıx! Səbəb o oldu ki, mənimlə işləmək istəmir. Buna ən böyük şahidim Allahdır. Mən də, öz növbəmdə, cavab olaraq qarşısındakını alçaltmağı, sındırmağı sevən bu adama bildirdim ki, məni başqaları ilə səhv salmasın. O da "səni mən adam eləmişəm" dedi.

 

And olsun Allaha ki, heç bir səbəb göstərmədən... Aramızda müəyyən söz atışmaları oldu. Kanalla olan münasibətimin, hörmətimin buna görə korlanmağını istəmədim və bir daha bu şəxslə üz-üzə gəlməmək üçün ərizəmi yazdım. İndi məsələ odur ki, bu videonu sona qədər izləyin. Buna inanıb mənə və mənim atama zənglər oldu ki, yaxşısanmı ay Elnur, ay Emin müəllim oğluva nəsə olubmu?!

 

İnsandılar da inanıblar, yaxın adamdılar. 3 nəfərin yanında mənə səbəbsiz yerə "ərizəvi yaz, işdən çıx" deyən, məndən narazı olan bu adam 1 həftədi efirdə rəsmi olaraq deyə bilmir ki, Elnur Mahmudov proqramdan çıxıb. Əvəzində isə belə bir gülünc vəziyyətə düşüb. Normal şəkildə Elnur Mahmudovun verilişdən getdiyini deyə bilməyəcək qədər qorxaq, aciz və cahilsən! Kobud səslənən hər hansı bir cümlə və fikrimə görə izləyicilərdən üzr istəyirəm".

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Maqazin bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla