Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

“Röya ilə münasibətim yoxdur, olmasını da istəmirəm“ - Natavandan sərt sözlər

Maqazin
“Röya ilə münasibətim yoxdur, olmasını da istəmirəm“     - Natavandan sərt sözlər

"Bu yaxınlarda oğurluq aşkarladım. Həyatımda böyük hadisə baş verdi. Mənim işim, malımla bağlı... Mənə yaxın olan insanlar məni pula satdılar. Təsadüf nəticəsində aşkarladım. Hamısının üzünə də dedim. İnsanın pərt olması, yerin dibinə girmək istəyi məni pis hala saldı".

 

Buta.ws Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi "ATVmaqazin onlarla" verilişində deyib. Sənətçi üzləşdiyi xəyanətdən danışıb. Natavan bildirib ki, həmkarlarından biri onun ideyalarını oğurlayıb:

 

"Kim məni satdısa, onunla bağlı təəccüblənmirəm. Həyatı boyu mənimlə məşğul olub. Ondan hər şey gözləyirəm. Ən axırıncı yollardadır. Çox tanınmış bir Xalq artistidir. Bilmir artıq nə etsin, hər şeyə əl atır ki, ideyalarıma, adamlarıma nail olsun. Bununla hansısa uğuru qazana bilməzsən. Sən o işdən xeyir görməyəcəksən. Burada oğurluq var, sən batdın. Natavanın suduğu günlər keçdi. İndi hamısını adla deyəcəm. Onların həyatı ilə maraqlanmıram. Edirlər, cavab verirəm, oluram aqressiv".

 

Natavan Elnarə Xəlilovanın "W-trio"nun keçmiş üzvlərini (Xalq artisti Röya Ayxan, natavan Həbibi - red.) yeni açdığı sənət məktəbinə dəvət etməsinə cavab verib. O, Elnarənin istəyini cavabsız qoyacağını etiraf edib: 

 

"İstəmirəm... Səmimi, açıq, rahat deyirəm, istəmirəm... Hər kəsin öz işi özünə. Gedin duetinizi oxuyun. Birlikdə işləyin məndən uzaq olun. Münasibətimiz varsa, salamlaşacağıq, yoxdursa uzaq. Elnarə, şərikli iş olmur. Heç kimi dəvət etmə, tək... Özünə güvənin varsa, tək edəcəksən. Onun istedadına bələdəm. İkinci, üçüncü alınmır. Yenidən rəqabət, lazımsız dava-qırğın, çürük söhbətlər olacaq".

 

Sənətçi Röya ilə bağlı da qalmaqallı açıqlama verib. O, həmkarı və keçmiş rəfiqəsi ilə heç bir halda qarşılaşmaq istəmədiyini söyləyib:

 

"Elnarə ilə münasibətim normaldır. Röya ilə münasibətim yoxdur, olmasını da istəmirəm. Kimin mənimlə problemi varsa, gəlsin söhbətini etsin. Kiminləsə nə işim, nə marağım, nə də dostluq etmək istəyim var. Mənə toxunmasınlar. İmkan verin öz işimlə məşğul olum".

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Maqazin bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla