Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Bilə-bilə Aynurun üstünə getdim" - Nazilə Səfərli

Maqazin
"Bilə-bilə Aynurun üstünə getdim"     - Nazilə Səfərli

Şairə Nazilə Səfərli bir neçə gün öncə aparıcısı olduğu “Ona qalsa” proqramında müğənni Aynur Dadaşova ilə yaşadığı qalmaqala aydınlıq gətirib.

 

Buta.ws "Ölkə.Az"a istinadən xəbər verir ki, N.Səfərli ifaçıdan pul tələb etməsinin səbəbini açıqlayıb:

 

“Aynurla ədavətim yoxdur. Sadəcə pulun Ruslanda ( Bəstəkar Ruslan Səfəroğlu - red.) olmasını sübut edə bilmirdim.  Əgər bir qəlbi qırmışamsa, üzr istəməliyəm. Günahın varsa, üzr istəmək böyüklükdür. Üzr istəməyə məni heç kim məcbur edə bilməz. Nə Aynurun sevənləri, nə də bacıları...

 

Kimdənsə qorxsaydım, o gün narahat olardım. Bu, öz insanlığımdır. Bilə-bilə Aynurun üstünə getdim ki, işin əslinə varım. Çoxlarınız elə bilirsiniz şeir satmışam? Xeyr! Ruslan məndən min manat alıb ki, sənin sözlərinə Röyaya mahnı bəstələmişəm. Pul ver, aranjiman edim, Röya oxusun. Röyanın isə bəlkə heç xəbəri də yoxdur. Uzun illər sonra mahnını Aynura satır, pulu isə mənə vermir. Soruşanda da deyir ki, Aynur pulu verməyib. Yəqin ki, bilirsiniz, bəstəkar kim olur olsun, söz yazarı istəməsə, o mahnını heç kim oxuya bilməz. Mən də Aynurun qəlbini qırdım və bu üsulla həqiqəti üzə çıxardım. Heç kimdən qorxmuram, amma qəlb sındırmaqdan qorxuram. Günahım olmadığı halda heç kim mənə üzr istədə bilməz!

 

Aynur, haqqını halal et. Hər zaman belə yüksəl! Buna layiqsən! Kimliyindən asılı olmayaraq borclu insandan zəhləm gedir. Adam dürüst olmalıdır”.

 

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri Nazilə Səfərlinin canlı yayımda Aynur Dadaşovadan pul istəməsini tənqid etmişdilər.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Maqazin bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla