Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

İranda koronavirusa görə məktəb və universitetlər bağlandı - Ermənistan da sərhədləri bağlaya bilər

Dünya
İranda koronavirusa görə məktəb və universitetlər bağlandı -     Ermənistan da sərhədləri bağlaya bilər

İranda koronavirusun sürətlə yayılmasına görə hakimiyyət yüksək ehtiyat tədbirlərinə əl atır. Hökumət elan edib ki, virusun qeydə alındığı bütün şəhərlərdə və əyalətlərdə məktəb və universitetlər bağlanır. O cümlədən virusun yayılmağa başladığı Qum şəhərində ziyarətlər dayandırılıb, məscidlər bağlanıb, kütləvi ibadətlər qadağan olunub. Virus İranın 14 əyalətində qeydə alınıb.

 

Buta.ws virtualaz.org-a istinadən bildirir ki, İranın Səhiyyə Nazirliyi ölkə üzrə 28 yoluxma halının qeydə alındığını təsdiqləyir, lakin Qum şəhəri ilə İranın digər şəhərləri arasında intensiv gediş-gəlişi nəzərə alan səhiyyə rəsmiləri əslində yoluxma hallarının daha çox olduğuna əmindir.

 

Virusa yoluxanların 6-sı ölüb və bu da yoluxanların 18 faizini təşkil edir. Müqayisə üçün qeyd olunur ki, epidemiyanın tüğyan etdiyi Çində koronavirusdan ölüm halları  faizə yaxındır. Bu da Çinin daha güclü səhiyyə infrastrukturuna malik olması ilə bağlıdır.

İranla qonşu ölkələr də ehtiyat tədbrləri görür. Səudiyyə Ərəbistanı öz vətəndaşların İrana getməyi qadağan edib. Ermənistanın Xarici İşlər Nazirliyi də ötən gün ölkə vətəndaşlarını İrana səfərlərdən çəkinməyə çağırıb. Parlamentin üzvü, "İşıqlı Ermənistan" fraksiyasının rəhbəri Edmon Marukyan isə ölkənin İranla quru sərhədlərini bağlamağa çağırıb.

 

"Bizə dost ölkə İrandan həyacanlı xəbərlər gəlir. Mövcud vəziyyətdə biz hesab edirik ki, Ermənistan-İran quru sərhədlərini müvəqqəti bağlamaq, aviareysləri dayandırmaq lazımdır. İranda koronavirusla bağlı vəziyyət sabitləşənə qədər", - o bildirib.

 

İranla sıx gediş-gəlişə, intensiv ticarət əlaqələrinə malik olan Azərbaycan isə hələlik sərhəddə nəzarəti gücləndirməklə və gələnlərin hərarətini yoxlamaqla məhdudlaşır. Digər ehtiyat tədbirləri, o cümlədən sərhədlərin bağlanması barədə hələlik müzakirələr getmir.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Dünya bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla