Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Prezidenti saymayan icra başçılarını DTX aparır: Sırada kim var?

Siyasət
Prezidenti saymayan icra başçılarını DTX aparır:     Sırada kim var?

Məmurlar daima vətəndaşların problemləri ilə məşğul olmalıdır. Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdi. “Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verildi ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və aparılacaq”, – İ.Əliyev bildirib. Ölkə rəhbəri bu sözləri o zaman söyləmişdi ki, ölkə böyük islahatlar dönəminə daxil olur, dövlət – vətəndaş münasibətlərindəki əsas qurucu fiqur olan məmurlara xəbərdarlıq edilir və onlara əsl vəzifələri xatırladılırdı.


 Elə bunun məntiqi davamı kimi, Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun rüşvət alarkən həbs olduğunu demək lazımdır. DTX-nın bu əməliyyatının ardınca icra başçıları küçələrə tökülərək, cəmiyyətin həssas qruplarından özləri üçün çətir düzəltməyə başladılar. Şəhid anasının əlini öpən kim, qocalara baş çəkən kim.. Amma çox az, cəmi bir aya bunlar unuduldu. Lakin parlament seçkiləri müddətdində cəmiyyətin buna fokuslanması deyəsən İcra rəhbərlərinə ümumi münasibəti unutdurmuşdu ki, elə bu həftənin əvvəlində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilən “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” başlıqlı məqaləsi çap edildi.


 Bu yazıda yer alan ““Vətəndaşların ərizələri əsasən onların düşdükləri müəyyən çətinliklərin, o cümlədən mənzil-məişət, təhsil, sağlamlıq problemlərinin həlli barədə xahişlərdən ibarət olursa, şikayətləri bilavasitə pozulan hüquqlarının müdafiəsi və bərpası, qanuni tələblərinin yerinə yetirilməsinə törədilən əngəllərin aradan qaldırılması, vəzifəli şəxslərin qanunazidd hərəkətlərinə qarşı müvafiq tədbirlər görülməsi barədə olur” fikri mediada partlayış doğurdu. 20 fevral tarixində isə daha bir İcra başçısı əməllərinin qurbanı kimi, iş başında yaxalandı. Qatar bu dəfə Neftçalada dayanmışdı. Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala İcra hakimiyyətinin binasına daxil olub və İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən tutulub.


Qayıdaq məqaləmizin baş fikrinə. Həftənin əvvəlində PA rəsmisinin məqaləsində təkcə ümumi fikirlər yer almamışdı. Məqalədə qeyd edilib ki, şikayətlərin təhlili və onlara obyektiv baxılması dövlət qurumlarında biganəliyin, süründürməçiliyin qarşısını almağa kömək etdiyinə görə bu müraciətlər daha diqqətlə öyrənilir. Prezident Administrasiyasına daxil olan şikayətlər hansı sahələrdə və ya hansı bölgələrdə işin düzgün qurulmadığını da əks etdirdiyinə görə onların sayı, mövzuları, haradan daxil olması və onları doğuran səbəblər mütəmadi olaraq təhlil edilir:

 

“Ümumiyyətlə, 2019-cu ilin rəqəmləri göstərir ki, şikayətlərin sayı 2018-ci illə müqayisədə Xətai, Yasamal, Yevlax, Ağdam, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Gədəbəy, İmişli, Laçın, Neftçala, Salyan, Şamaxı, Şəmkir, Zərdab, Nəsimi digər şəhər və rayonlardan artmış, Sabunçu, Daşkəsən, Göygöl, Hacıqabul və başqa rayonlardan azalıb.


 Mövzular üzrə təhlil göstərir ki, hüquq-mühafizə və məhkəmə orqanlarının, həmçinin vəzifəli şəxslərin fəaliyyəti, bank əməliyyatları, kreditlərin verilməsi, əmək mübahisələri, işdən çıxarılma, səhiyyə müəssisələrinin və tibbi personalın fəaliyyəti, fərdi torpaq və əkin sahələrinin zəbt olunması, əlillik dərəcələrinin düzgün təyin edilməməsi, tibbi-sosial ekspert komissiyalarının, özəl müəssisələrin fəaliyyəti, mərkəzi və yerli qurumlarda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, bəzi şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlər daha çoxdur. Bəzi şəhər, rayon icra hakimiyyətlərinin, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi üzrə nümayəndələrinin fəaliyyəti barədə şikayətlər az deyil. 2019-cu ildə Prezident Administrasiyasına bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin ümumi sayı əvvəlki illə müqayisədə 31 faiz, şikayətlərin sayı 46,4 faiz artıb.

 

Bələdiyyələrin fəaliyyətindən narazılıq bildirilən müraciətlər Binəqədi, Xəzər, Lənkəran, Şəki, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Gədəbəy, Göyçay, İmişli, Masallı, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Şəmkir, Zaqatala, Zərdab, Nəsimi digər şəhər və rayonlardan daha çox olub.


 Məncə, diqqətli oxucu artıq sıranın kimlərdə olduğunu da proqnoz edə bilər.

 

Mikayıl Mirzəzadə

Hokm.az 

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla