Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

İranlı həkim: “Ölənlərin sayı daha çoxdur”

Dünya
İranlı həkim:     “Ölənlərin sayı daha çoxdur”

Çindən sonra koronavirusun ən çox yayıldığı ölkə İran oldu. Qonşu ölkədə ölənlərin sayının 9-a çatdığı bildirilir.

 

Buta.ws Bizimyol.info-ya istinadən xəbər verir ki, İranın səhiyyə naziri Səid Nəməki 5 nəfərin virusdan həyatını itirməsini etiraf edib. Alternativ media isə faciənin miqyasının daha böyük olduğunu bildirir. İranda azı 750 nəfərin virusa yoluxma şübhəsiylə xəstəxanalara yerləşdirildiyi xəbər verilir.

 

Qonşu ölkədə xəstəliyin Qum şəhərindən yayıldığı ehtimal olunur. “Twitter”də buradakı Kamkar xəstəxanasında işləyən həkim Əlavinin səsi yayılıb. O, yaxınlarından birinə xəstəxanada 20 nəfərin öldüyünü söyləyir. Həkimin sözlərinə görə, virusa yoluxduğu hesab edilənlər paytaxt Tehrana göndəriləcək.

 

İraq İranla sərhədlərini bağlayıb. Küveyt bura bütün təyyarə reyslərini dayandırıb. İran bütün təyyarələrində dezinfeksiya işləri aparır.

 

Bu gün gündüz saatlarında Kanadaya uçan 30 yaşlı iranlı qadında koronavirus aşkarlanıb. Şimali Amerika dövləti qadını xəstəxanaya yerləşdirib.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Dünya bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla