Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

İtinə görə Çindən ayrılmadı - Zelenski ona zəng vurdu - FOTO

Dünya
İtinə görə Çindən ayrılmadı -     Zelenski ona zəng vurdu - FOTO

Ötən gün koronavirusun geniş yayıldığı Çinin Uhan şəhərində yaşayan Ukrayna vətəndaşları Kiyevə təxliyə olunublar.

 

Buta.ws qafqazinfo-ya istinadən xəbər verir ki, 3 ildir Çində yaşayıb işləyən Anastasiya Zinçenko pomerianian cinsindən olan Mişa adlı itinə görə şəhəri tərk edə bilməyib. Belə ki, Çin hökuməti Anastasiyaya 6 ay öncə aldığı itini özü ilə Ukraynaya aparmağa icazə verməyib.

 

Ukraynanın Çindəki səfirliyi açıqlama yayaraq bildirib ki, Mişanın sahibi ilə Çindən çıxarılması üçün əllərindən gələni etsələr də, Çin səlahiyyətlilərindən icazə ala bilməyiblər.

 

"Səfirlik bir neçə dəfə Çinin dövlət orqanlarına müraciət etdi və Anastasiyaya iti ilə Uhandan uçmaq üçün fürsət vermələrini istədi. Ancaq karantin tədbirləri səbəbiylə Çin səlahiyyətliləri xanım Anastasiyanın ev heyvanını evakuasiya etməyə razılıq vermədilər. Buna səbəb Anastasiyanın iti xaricə aparmaq üçün lazımi sənədlərinin olmamasıdır".

 

Səfirlik izah edib ki, ÇXR ərazisindən ev heyvanlarının idxalı və ixracı qaydası bu ölkənin səlahiyyətli orqanlarının müstəsna səlahiyyətidir. Əlavə ediblər ki, Anastasiyaya ev heyvanını müvəqqəti olaraq heyvanlar üçün bir otelə yerləşdirməyi təklif ediblər, amma o, bundan imtina edib.

 

Ukraynanın "Business Media" nəşri yazır ki, Prezident Vladimir Zelenski Anastasiya Zinçenkoya zəng edib. O, vəziyyəti şəxsən nəzarətinə götürəcəyinə söz verib.

 

Öz növbəsində Zinçenko, yaxın zamanda iti ilə birlikdə vətəninə dönəcəyinə ümid etdiyini söyləyib. Prezident onun Ukraynaya evakuasiya prosesinin artıq hazırlandığını açıqlayıb.

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Dünya bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla