Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Bakıda prokuror ərindən boşanan müğənniyə gecə saat 3-də SEVGİ ETİRAFI EDİB - FOTO

Maqazin
Bakıda prokuror ərindən boşanan müğənniyə gecə saat 3-də SEVGİ ETİRAFI EDİB -     FOTO

Deyirlər e, "Şairə gəldi şur, qurtardı getdi" - O sizdə gecə saat neçədə gəlir?

 

Milli.Az xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) "Hər şey daxil"də qonağı olan əməkdar artist Elza Seyidcahana müraciət edib.

 

Bəstəkar sualı cavablandırarkən mövzu ilə bağlı başına gələn maraqlı bir hadisədən də danışıb:

"Mən evdə gecə saat 2, 3, 4-də də ifa edirəm. Qonşularımdan bununla bağlı mənə heç bir şikayət gəlməyib ki, "Siz bizi narahat edirsiniz".

 

Hətta mən köhnə evdə yaşayanda 2000-ci illər idi. Evə gələndə gördüm ki, qapının ağzında bir məktub var. Özü də həmin vaxt uşaqlar da evdə yox idi, bacımgildə idilər. Məktubu açıb oxuyandan sonra gördüm işıqlar söndü. O vaxt çox qorxdum. Gördüm ki, məktubu yazan qonşudur. Yazıb ki, "Siz bizi narahat edirsiniz. Yuxu yatmağa imkan vermirsiniz". Məktubun sonunda yazmışdı ki, "Bu gecə saat 3-də bəlkə Bedxovenin əsərini ifa edəsiniz, mən də dinləyim". İşıqlar da sönüb, bilmirəm nə edim. Rəfiqəmə zəng vurdum ki, "Mənə belə məktub gəlib. Yəqin ki, bu, mənə təxribatdır". Gördüm gecə saat 3-də qapı döyülür. Mən də evdə təkəm. Soruşdum kimdir, dedi "Sizə gül göndəriblər". Qapını qorxumdan açmadım. Səhəri bilmədim necə açdım. Səhər qapını qorxa-qorxa açanda gördüm ki, doğurdan da, qapıda gül dəstəsi var. Mən çıxdım getdim Konservatoriyaya dərsə. Biz onda Dilarə Əliyeva küçəsindəki evimizdə yaşayırdıq. Bir də gördüm ağ saç, hündür, uzun plaş geyinən bir kişi arxadan gəlir. Dedi "Dayanın, xanım". Dayandım, dedi "Axşam sizə o gül dəstəsini yollayan mən idim". Mən hər zamankı kimi onu çox kobud sözlə acıladım. Sonra bildim ki, həmin o insan müstəntiq imiş. Rayondan gəlibmiş. Bizdə qonşuların ümumi bir həyəti var. O da orada qalırmış, bir cinayətin üstünü açmaq üçün. Bəlkə də prokuror idi. İndi mən bilmirəm o adamın adı nədir. Bəlkə də o, məni indi dinləyir". 

 

Xatırladaq ki, həmin vaxtlarda Elza Seyidcahan artıq həyat yoldaşından ayrılmışdı. 

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Maqazin bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla