Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Diri adama necə ölü deyə bilərəm? - “Ölüf derəm saa” deyən kişidən MSK-ya CAVAB

Ölkə
"Diri adama necə ölü deyə bilərəm?     - “Ölüf derəm saa” deyən kişidən MSK-ya CAVAB

“7 il əvvəl boşandığım həyat yoldaşımın seçkidə iştirak haqqında bildirişini evimizə göndəriblər. Qardaşımın 3 il əvvəl boşandığı qadın isə 1 ay əvvəl Bakıda dünyasını dəyişib. Onun adına bildirişi də bizə gətiriblər”.



Buta.ws xəbər verir ki, bu sözləri Modern.az-a sosial şəbəkələrdə fevralın 9-da keçirilən Milli Məclisə seçkilər günü “Ölüf-ölüf derəm saa... qavır daşı da var...” ifadələri ilə məşhurlaşan Qazax rayon sakini Xanlar Lalayev deyib. O qeyd edib ki, evinə özünün, 7 il əvvəl boşandığı həyat yoldaşının, qardaşının və onun da 3 il əvvəl ayrıldığı keçmiş həyat yoldaşının adına çağırış vərəqəsi göndərilib:
 

“Qardaşım 20 ildir, Bakıda, Binəqədi rayonunda yaşayır. Onun keçmiş həyat yoldaşı Gülnar isə ölüb. Boşanmış, üstəlik ölmüş adamın adına bizim evimizə bildiriş göndərirlər. Belə şey olar?”


Qazax sakini əminliklə bildirib ki, videoda adını çəkdiyi qadının ölmədiyi barədə iddialar yalandır:
 

“Mən diri adama necə ölü deyə bilərəm? Onun adını siyahıya salmaq düzgün deyil. Mənim oğlumun 19 yaşı var. Mənimlə birlikdə Qazaxda yaşayır. Heç onun adına bildiriş göndərməyiblər. Bu necə işdir ki, ölü adamı çağırırlar, 19 yaşlı gənci seçkiyə çağırmırlar.


Mən o bildirişləri qaytarıb, məntəqə üzvlərinə qadının öldüyünü dedim. Mənə dedilər ki, sizin üçün ölüb. Belə gülünc fikir olar? Mən sağ adama durduq yerə niyə ölüb deyim? O qadının məzarı Qazax rayon Daş Salahlı kəndindədir. O kənddə basdırılıb”.
 

Daş Salahlı kənd sakinləri də Modern.az-a vəfat etmiş Gülnar Əliyevanın kənd qəbiristanlığında dəfn olunduğunu bildiriblər.


Qeyd edək ki, sözügedən video 107 saylı seçki dairəsinin Qazax şəhəri N.Nərimanov qəsəbəsi 5 saylı orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində qeydə alınıb.


Xatırladaq ki, ötən gün Mərkəzi Seçki Komissiyasının iclasında sözügedən video müzakirə olunub. Komissiya üzvü Bəxşeyiş Əsgərov videoda qadının öldüyü ifadəsinin məcazi mənada səsləndirildiyini deyib. O qeyd edib ki, biz bir neçə mənbədən həmin qadının həyatda olduğu dəqiqləşdirilib.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla