Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

“Azərsu” yaşayış olmayan ünvana 1 116 manat borc yazıb

Ölkə
“Azərsu” yaşayış olmayan ünvana 1 116 manat borc yazıb

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Sumqayıt sakini Malik Hacızadəyə 1 116 manat məbləğində borc yazıb.

 

Buta.ws “Report”a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinə müraciət edən vətəndaşın iddiası təmin edilib.

 

Qətnaməyə əsasən, iddiaçı Hacızadə Malik Atamalı oğlunun yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, mənzil 68 ünvanına hesablanmış 1 116 manat məbləğində borcun silinməsi qət edilib.

 

Qərardan “Azərsu” ASC-nin verdiyi apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Hakim Telman Məmmədovun sədrlik etdiyi kollegiya şikayəti təmin etməyib.

 

Qeyd edək ki, “Azərsu” ASC-nin “Sumqayıt Sukanal” İdarəsi tərəfindən borc yazılan ünvana 7 nəfər ailə tərkibinə görə hesabat aparılıb. İddiaçı isə bildirib ki, həmin mənzildə yaşayış olmayıb və o, ailə üzvləri ilə birlikdə xarici ölkədə yaşayıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı Mənzil Kommunal Sahəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, ona məxsus mənzildə yaşayış olmayıb.

 

Bu səbəbdən də yazılan borc əsassız hesab edilib.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla