Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Azərbaycanda çox sevilən İkiCan brendi seminar keçirib - FOTOLAR

Ölkə
Azərbaycanda çox sevilən İkiCan brendi seminar keçirib    - FOTOLAR

Əminliklə iddia edə bilərik ki, İkiCan hal-hazırda Azərbaycanın ən sevilən hamilə geyim brendidir.

 

Azərbaycan istehsalı olan bu geyimlər yüksək keyfiyyəti, hamilələr və analar üçün rahatlığı ilə seçilir. İkiCanı fərqləndirən əsas xüsusiyyətlərdən biri gözəl dizaynı ilə yanaşı, rahat olmasıdır. Brendin yaradıcısı Nigar Mirzəsoyun dediyinə görə, biz alışmışıq ki, hamilə geyimləri xüsusi gözəlliyi ilə seçilmir, əsas etibarilə rahat olur. "Biz bu neqativ inancı pozitivə çevirməyə çalışır, hər kolleksiyamızda bir daha isbatlayırıq ki, hamilə geyimi gözəl ola bilər və hətta olmalıdır da. Çünki biz qadınlar həyatımızın ən çox bu dönəmində gözəl görünməyə, iltifatlar eşitməyə və özümüzdən əmin olmağa ehtiyac duyuruq". 

 

9 fevral tarixində İkican brendi hamilə xanımların bu dönəmi təkcə gözəl yox, həm də savadlı və maariflənmiş keçirməsi üçün daha seminar təşkil etdi. Seminar hamiləliyə hazırlaşan xanımlar, hamilələr və analar üçün çox faydalı olan müxtəlif informasiyanı özündə cəmləmişdi.

 

75 nəfər xanımın toplaşdığı bu seminarda düzgün qidalanma, cəmiyyətdə ananın rolu və emosional cəhətdən güclü olmaq və pozitiv qalmağın vacibliyindən danışıldı. Spikerlər hormonal xəstəliklər üzrə ekspert Ülya Quliyeva, sevilən bloggerlər Səma Abıyeva və Aylar Abid öz təcrübələrini xanımlarla paylaşdı. Ülya indiki hamiləliyində düzgün qidalanma sirlərini xanımlarla paylaşdı və bütün pəhriz problemlərinin əsasında əslində hormonal aclığın dayandığından bəhs etdi. Səma Abıyeva analıq dövründə yaşadığı çətin anlardan, ana olmağın ona bəxş etdiyi gözəlliklərdən və cəmiyyətimizin analardan gözləntilərindən bəhs etdi. Aylar Abid hamiləlikdə pozitiv olmağın vacibliyini vurğuladı və xanımları bu gözəl dövrü doya-doya yaşamağa ilhamlandırdı. Tədbirin təşkilati dəstəkçiləri MomsUnion xanımları Aytac və Aysel də analıqdan və bu dövrün verdiyi əvəzsiz təcrübələrindən danışdılar. Günün sonunda xanımlar İkican və Babymama-dan hədiyyə kuponları qazandılar.

 

Aliyə Dadaşova

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla