Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Oğlunun gözü qarşısında arvadını öldürüb, intihar edən şəxs azərbaycanlı imiş - VİDEO

Dünya
Oğlunun gözü qarşısında arvadını öldürüb, intihar edən şəxs azərbaycanlı imiş -     VİDEO

Çoxuşaqlı Arif Salayev övladının gözü qarşısında arvadını güllələyib, sonra intihar edib.

 

Buta.ws oxu.az-a istinadən xəbər verir ki, Rusiyanın paytaxtında baş verən dəhşətli hadisə barədə "LIFE SHOT" "Telegram" kanalı xəbər yayıb.

 

Məlumata görə, Arif arvadı Yelenaya üç dəfə atəş açıb. Bundan sonra uşaq dəhlizə qaçaraq  qonşulardan polis çağırmasını istəyib.

 

"Qətldən sonra  Arif silahla arvadının otağından çıxıb, sonra öz otağına girib. Orada daha bir atəş səsi eşidilib", - məlumatda bildirilir.

 

Qonşuların sözlərinə görə, ailədə beş uşaq var. Ancaq hadisə baş verən vaxt evdə səkkiz yaşlı oğulları olub. Onlar bildirib ki, ailənin maddi vəziyyəti yaxşı olub. Salayevlər 13 ildən artıq bu evdə yaşayıb.

 

"Mash" "Telegram" kanalı xəbər yayıb ki, Arif və Yelena boşanmalarına baxmayaraq, bir yerdə yaşayıblar.

 

Hadisə ilə bağlı istintaqa başlanılıb. 

 

Övladının gözü qarşısında arvadını güllələyən şəxs barədə yeni təfərrüat açıqlanıb. 

 

Məlum olub ki, Arif Salayev milliyyətcə azərbaycanlı imiş. Qonşunun sözlərinə görə, onun haqqında pis heç nə deyə bilməz:

 

"Hər zaman salamlaşardı, xeyirxah biri idi. Həmişə uşaqları ilə masaüstü tennis oynayardı. Arada spirtli içki qəbul edirdi".

 

O, əlavə edib ki, Arif yerli yük terminalında fəhlə işləyib.

 

Qonşunun ehtimalına görə, faciə qısqanclıqdan yaranan ailə münaqişəsi zəminində baş verə bilər

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Dünya bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla