Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Bakıda mənzillərin qiyməti artdı - Ekspert ŞƏRHİ + VİDEO

Sosial
Bakıda mənzillərin qiyməti artdı -     Ekspert ŞƏRHİ + VİDEO

"Yanvar ayında torpaq bazarında 1 sotun orta qiyməti 21 729 manat olub. Ay ərzində qiymətlər 3,35% azalıb, il ərzində isə 0,06% artım olub. Kommersiya obyektləri bazarında 1 kvadratmetrə görə orta qiymət 2 808 manat təşkil edib. Ay ərzində qiymətlərdə 5,42%, il ərzində isə 10,87% artım müşahidə edilib. Kirayə mənzil bazarında 1 mənzilin orta qiyməti 601 manat olub. Ay ərzində qiymətlərdə 5,62%, il ərzində isə 14,35% artım qeydə alınıb".

 

Buta.ws xəbər verir ki, mövzu ilə bağlı mənzillərin alqı-satqısı üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, yanvar ayında daşınmaz əmlak bazarında ümumi vəziyyət stabil olub:

 

"Dekabr ayı ilə müqayisədə qiymətlərdə 0,94% artım nəzərə çarpıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3,46% artım olub. Alqı-satqı əməliyyatlarında isə ötən ilin yanvar ayı ilə müqayisədə 2020-ci ilin yanvarında təqribən 23% azalma müşahidə olunub. Bu il insanların bir qismi MİDA-nın (Mənzil İnşaatı Dövlət Agentliyi) təklif etdiyi mənzillərdən aldılar. Bu alıcılar əsasən aztəminatlı, gənc ailələr idi. Ona görə də həmin alıcılar bazardan çıxdılar. Aztəminatlı ailələrin qalan qismi isə İpoteka və Kredit Zəmanət Fondunun başlatdığı kirayə mənzillər layihəsinə yönəldilər. Nəticədə açıq bazarda tələb portfelini formalaşdıran kontingentin həcmində azalmalar müşahidə edildi. Son 4 ilə yaxın müddətdir ki, bazarda tələb portfelini formalaşdıran alıcı kontingenti əsasən aztəminatlı, qismən də ortatəminatlı ailələrdir. Bütün portfelin demək olar 75%-ni aztəminatlı ailələr formalaşdırır. Onların isə bir qismi güzəştli mənzillər, bir qismi isə kirayə mənzillər layihəsinə üz tutduğu üçün açıq bazarda tələb portfeli azaldı və bazarın aktivliyi aşağı düşdü.

 

Ekspert bildirib ki, son illərdə daşınmaz əmlak bazarında xarici investorların iştirakı xeyli azalıb:

 

"2015-ci ildən etibarən xarici investorların daşınmaz əmlak bazarında iştirakının xeyli azaldığını müşahidə edirik. Demək olar ki, bu göstərici yox səviyyəsindədir. Bəzi hallarda bazarda xarici vətəndaşlara rast gəlinir ki, onlar da milliyətcə azərbaycanlı olub, xaricdə yaşayan soydaşlarımızdır ki, öz vəsaitlərinin bir hissəsini bu bazara yatırırlar. 2014, 2015 və 2016-cı illərdə biz daha çox əks tendensiyanı müşahidə edirdik. Həmin şəxslər buradakı əmlaklarını satıb bu pulla Rusiya, Ukrayna və digər ölkələrdəki maliyyə problemlərini həll edirdilər. Son iki ildə isə vəziyyət dəyişdi".

 

N.İbrahimov daşınmaz əmlak bazarında qiymətlərin neft birjasındakı proseslərdən asılılıq məsələsinə də toxunub:

 

"Neft sektorunda baş verən hadisələr bizim bazara əvvəlki illərdə daha çox təsir edirdi. 2003-cü ildən biz bu təsiri daimi müşahidə edirdik. Neft birjalarında qiymətin artması 3-5 ay gecikmə ilə, azalması isə 6-8 ay gecikmə ilə bazara öz təsirini göstərirdi. Məsələn, 1988-ci ildə “qara bazar”da qiymətlər ən aşağı həddə olduqda neft qiymətləri də aşağı idi. 1998-ci ildə 1996-cı ilə nisbətən daşınmaz əmlak qiymətləri iki dəfə aşağı düşmüşdü, müvafiq olaraq neftin də qiymətində azalma müşahidə edilirdi. 2007-ci ildə ümumdünya maliyyə bazarında baş verən proseslər neft birjalarına təsir göstərdi və bizdə də qiymətlər 30%-ə yaxın aşağı endi.

 

2014-ci ilin mart ayında neft birjalarında yeni tendensiyalar yaşandı, bu isə 2015-ci ilin əvvəlindən bizim bazara öz təsirini göstərdi, manatla ifadədə qiymətlər 15-18% endi. Dollarla isə bu azalma daha çox idi. Odur ki, neft qiymətləri ilə daşınmaz əmlak qiymətləri arasında birbaşa da olmasa, dolayı asılılıq var. Bu asılılıq müxtəlif illərdə və müxtəlif iqtisadi aktivlik formatında özünü fərqli şəkildə biruzə verir. Bir barelə bir kvadrat metri qarşılaşdırsaq, 2010-cu ilə qədər bizdə 24-26 barelə bir kvadrat metr mənzil almaq olurdu.

 

2015-ci ildən isə bu rəqəm 18 barelə düşüb. Hətta bəzi aylarda 15-16 barelə enir. Bu isə o deməkdir ki, zaman keçdikcə bir kvadrat metrin bazar dəyərinin neftdən asılılığı azalır".(Report)

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Sosial bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla