Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Günün qoroskopu: ciddi problemlər yarana bilər

Qoroskop
Günün qoroskopu:     ciddi problemlər yarana bilər

Qoç - peşəkar fəaliyyətinizlə bağlı məsələlərdə ehtiyatlı olun. Çətin gündür. Həll edəcəyiniz problemlər də asan və sadə deyil. Unutmayın ki, diqqətsizlik etsəniz, bədxahlarınızın mütləq şəkildə faydalanacağı səhvlərə yol verəcəksiniz. Müstəqil hərəkət etmək imkanı varsa, yardım gözləməyin. Kimsəyə bel bağlamayın. Önəmli məsləhətləri qulaqardına vurmayın.

 

Buğa - yaşlı qohumlarınız sizdən tənqidlərini əsirgəməyəcəklər. Onların sərt açıqlamaları istisna deyil. Sərt və aqressiv olmayın, güzəştə gedin. Münasibətlərdə rəvanlığı qorusanız, səyləriniz əbəs olmayacaq. Yalnız kəskin ehtiyac yaranarsa, səfərə çıxın və ehtiyatlı davranın.

 

Əkizlər - başqalarının əməyindən istifadə edərək niyyətinizə çatmağa adət etdiyiniz müstəvidə çətinliklər və ciddi problemlər yarana bilər. Müstəqil hərəkət edin, təkbaşına çalışın. Bilik və bacarıqlarınıza arxalanın. Uğur işə başladığınız əhval-ruhiyyədən asılıdır. Çətinliklər və problemlər sizi qorxutmasın.

 

Xərçəng - iş yerini dəyişmək barədə düşünməzdən əvvəl aldığınız təklifi diqqətlə götür-qoy edin. Səfər uğurlu olacaq. Uzaqda yaşayan dostlar və ya qohumlara baş çəkmək olar. Dəvət aldığınız yerə gedin. Diqqət mərkəzində olacaqsınız.

 

Şir - fəaliyyətinizi təhlil edin, cari məsələlərin həllinə ciddi yanaşın. Səhər saatlarından etibarən aktiv olun, yarımçıq işləri tamamlayın. Kollektiv fəaliyyət, fiziki iş və verilmiş vədlərin yerinə yetirilməsi üçün uğurlu gündür. İstirahət və əyləncəni hələlik təxirə salın.

 

Qız - peşəkar münasibətlər və şəxsi əlaqələr müstəvilərindəki problemləri həll etmək üçün uğurlu gündür. Məntiqli olun, soyuqqanlı davranın. Addımlarınızın mümkün sonuclarını qismən də olsa, dəqiq qiymətləndirməyə çalışın. Son vaxtlara qədər ehtiyat etdiyiniz insanlarla asanlıqla dil tapacaqsınız. Danışıq, müzakirə və sövdələşmələr yaxşı başa çatacaq. Anlaşma, sifariş, müqavilə, uzunmüddətli sövdələşmə istisna deyil.

 

Tərəzi - informasiyanın sayı artır. Ünsiyyət fərqli və müxtəlif olacaq. Bütün bunlar sizi yora bilər. Usanmayın, səbr kasanızın daşmasına imkan verməyin. Şəxsi həyatınız və maraqlarınıza müdaxiləyə imkan verməmək üçün müdafiə sistemi yaradın. İnternetdəki əlaqələr və ünsiyyət faydalı ola bilər.

 

Əqrəb -  ayın sonunadək görüləsi işlərin təxmini, ehtimal planını hazırlayın. Daha sərfəli sifarişlə bağlı təklifləri nəzərdən keçirin, ilkin mərhələdə atılacaq addımları konkretləşdirin, gərəkli materialları alın. Sevdiyiniz insanların qayğısına qalın. Lakin onların yaşamına sərt müdaxilə etməyin. Güzəştə getməyi bacarın.

 

Oxatan - emosional baxımdan çətin, mürəkkəb gündür. Əhvalınız sürəkli dəyişəcək, real səbəb olmadan bədbinliyə qapılacasqınız. Narahatlıq və təlaşın əsiri olmayın. Kiçik problemləri və qurtula bilmədiyiniz müdaxilələri ürəyinizə salmayın. İşdə biliklərlə təcrübəni artırmağa, faydalı məlumatlar aramağa hazır olsanız, uğur qazanacaqsınız. 

 

Oğlaq -  İndiyədək qazandığınız təcrübə ilə kifayətlənməyin. Şəxsi münasibətlərdə ciddi dəyişikliklər və yeniliklər olmayacaq. Çətinliklər mümkündür, amma onları məntiqli və təmkinli şəkildə davranaraq dəf etmək çətin deyil. Əsas işi ikinci dərəcəli məsələdən ayırın. Axşam saatlarında etiraflar istisna deyil. Tanışlıq və əlaqələr çevrəsini genişləndirin.

 

Dolça - şəxsi münasibətlərdə fikir müxtəlifliyi, toqquşmalar yarana bilər. Öhdəliklərin bölüşməsi və fəaliyyət azadlığı ilə bağlı sərt mübahisə istisna deyil. İşlə maraqlana bilərsiniz.

 

Balıqlar - düzgün yanaşmada bütün problemləri həll etmək olar. Maraqlı səfər və ya səyahətə çıxmaq, həyat axarında dəyişiklik etmək olar. Romantik hisslər və ailə münasibətləri ilə bağlı məsələlərin çözümündə tələsməyin. Heç bir əsas olmadan bədbinliyə qapılmayın.

 

Milli.az

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Qoroskop bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla