Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Siyavuş Novruzovun orden və medalları ilə bağlı maraqlı faktlar – FOTO

Cəmiyyət
Siyavuş Novruzovun orden və medalları ilə bağlı maraqlı faktlar –     FOTO

Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin təbliğat və təşviqat kampaniyası dövründə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzovun sinəsində orden və medallarla fotosunun yayılması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

 

Sosial şəbəkə istifadəçiləri Siyavuş Novruzovun həmin fotonu paylaşaraq bu mövzuda müxtəlif iddialar səsləndirirlər. Fotonu saxta hesab edənlərlə yanaşı, həqiqət sayanlar və YAP yetkilisinin hansı xidmətlərinə görə təltif edildiyini sorğulayanlar da var.

 

Siyavuş Novruzov dünən mərhum Prezident Heydər Əliyevin məzarını ziyarət edərkən həmin medallar döşündə olub. Bunu sübut edən videosüjet də var. Beləliklə, məlum olub ki, foto saxta deyilmiş.

 

Siyavuş Novruzovun bu ordenləri nə zaman və hansı xidmətlərinə görə almasına gəlincə, Yenisabah.az bununla bağlı araşdırma aparıb. YAP yetkilisinin təltiflərinin siyahısını verilmə vaxtı və səbəbi ilə birlikdə oxuculara təqdim edirik:

 

“Şöhrət” ordeni – Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə 16 fevral 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunub.

 

1-ci dərəcəli “Vətənə xidmət ordeni” – 18 noyabr 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunub.

 

“Vətənə sədaqət ordeni” – 14 sentyabr 2016-cı ildə ölkənin müdafiə qabiliyyətinin möhkəmləndilməsinə böyük töhfə üçün Rusiya Federasiyasının Silahlı Qüvvələrinin veteranlarının Ümumrusiya İctimai Birliyinin sədri, keçmiş SSRİ Müdafiə nazirinin müavini Viktor Yermakov tərəfindən təltif edilib.

 

“Vətənə xidmət ordeni” - 01 may 2015-ci ildə Əfqanıstan Veteranlarının Rusiya Birliyinin sədri Frans Klinseviç tərəfindən təltif olunub.

 

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı – 27 may 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunub.

 

“Parlamentin 100 illiyi” medalı – 24 dekabr 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunub.

 

“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı – 8 sentyabr 2018-ci ildə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif olunub.

 

“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” yubilley medalı – 5 iyul 2018-ci ildə Daxili İşlər nazirinin əmri ilə təltif olunub.

 

“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı - 9 iyul 2019-cu ildə Xarici İşlər nazirinin sərəncamı ilə təltif olunub.

 

“Azərbaycan Respublikası Milli Təhlükəsizlik Orqanlarının 95 illiyi (1919-2014)” yubiley medalı - 7 aprel 2014-cü ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təltif olunub.

 

“Azərbaycan Respublikası Milli Təhlükəsizlik Orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalı – 26 mart 2009-cu ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təltif olunub.

 

“”Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı – 14 avqust 2019-cu ildə Dövlət Sərhəd Xidməti rəsinin əmri ilə təltif olunub.

 

“Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyi (1919-2019)” medalı – 22 oktyabr 2019-cu ildə Prezidentin İlham Əliyevin sərəncamı ilə təltif olunub.

 

“Əfqanıstan müharibəsi veteranı” medalı – 26 iyun 2012-ci ildə Ümumrusiya İctimai Təşkilatı “Əfqanıstanın Veteranlarının Rusiya İttifaqı” tərəfindən təltif olunub.

 

“Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə” medalı – 28 yanvar 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təltif olunub.

 

“Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi” medalı - MDB-ın dövlət-iştirakçılarının Hökumətlərinin Başçılarının Şurası yanında müharibə -beynəlmiləlçilərin işləri üzrə Komitənin sədri Ruslan Auşev tərəfindən təltif olunub.

 

“Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25 illiyi” medalı - 15 fevral 2014-cü ildə veteran birləşmələrinin birgə fəaliyyətinin koordinasiyası üzrə komitəsi tərəfindən təltif olunub.

 

“General Cəmşid Naxçıvanski” yubiley medalı – 27 noyabr 2016-cı ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən təltif olunub.

 

“Fədai” medalı - 11 noyabr 2016-cı ildə Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid aillələri ictimai birliyi tərəfindən təltif olunub.

 

“Vətən naminə” medalı – 11 noyabr 2016-cı ildə Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid aillələri ictimai birliyi tərəfindən təltif olunub.

 

“Döyüş Qardaşlığı” veteranlar təşkilatı qarşısında xidmətlərinə görə” medalı – 02 fevral 2017-ci ildə SSRİ Daxili İşlər nazirinin birinci müavini Boris Qromov tərəfindən təltif olunub.

 

Vətən qarşısında “Xidmətlərə görə” medalı - 15 fevral 2017-ci ildə Əfqanıstanın Veteranlarının Rusiya İttifaqı adından təltif olunub.

 

“Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi – 25 il” medalı – 10 oktabr 2019-cu ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən təltif olunub.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Cəmiyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla