Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Afaq Bəşirqızı: “Onlar yaşlarından, xalqın nifrətindən, niyə utanmadılar?!”

Ölkə
Afaq Bəşirqızı: “Onlar yaşlarından, xalqın nifrətindən, niyə utanmadılar?!”

Məlum olduğu kimi, fevralın 9-da baş tutan növbədənkənar parlament seçkilərinin ilkin nəticələri artıq açıqlanıb və bir sıra dairələrdə ləğvetmə və araşdırma proseslərinə baxmayaraq, əksər millət vəkillərinin adları demək olar ki, məlumdur.

 

Buta.ws xəbər verir ki, Konkret.az hazırda seçkilərlə bağlı cəmiyyətin ayrı-ayrı təbəqələrinin və nümayəndələrinin rəylərinin birmənalı olmadığını nəzərə alaraq, xalq artisti Afaq Bəşirqızı ilə əlaqə saxlayıb.

 

Bəzi dairələrdə nəticələrin saxtalaşdırılmasına kəskin münasibət bildirən Afaq xanım bu dəfə də qətiyyətli fikirlər səsləndirib:

 

“Mən başa düşə bilmirəm ki, bunlar yaşlarından, başlarından, xalqın nifrətindən, qınağından niyə utanmadılar? Nə üçün öz namizədliklərini bir də verdilər? Onlar özlərini deyil, bizi biabır etdilər. Xalqı xarici mətbuatın, beynəlxalq müşahidəçilərin dilinə saldılar.

 

Ölkədə isə müəllimlər gözdən düşdülər. Ancaq müəllimləri qınamaq lazım deyil, çünki bizim iradəmiz zəifdir. Nədənsə biz vətən, vətəndaş, namus, qeyrət sözlərini çox zəif aşılayırıq.

 

Mənim hirsim yerə-göyə sığmır. Nə üçün bu saxtakarlıqlara ali seçki orqanı, onun nümayəndələri göz yumurdu? Onlar hara baxırdı? Mütləqmi bütün bunları Prezident bilməli idi?

 

Nə üçün Elza Seyidcahanı, bəzi namizədləri o günə qoydular? Mən onların hansınınsa millət vəkilliyinə layiq olub-olmamasından heç nə deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, axı onlar da bu ölkənin vətəndaşıdır, seçilmək hüquqları var! Onlar da öz potensiallarına, nüfuzlarına güvənib bu addımı atmışdılar. Onlara qarşı bu qədər kobudluq nəyə lazım idi?

 

Amma mən yenə də təkrar seçkilərin şəffaf keçəcəyinə inanıram. Əks halda bu, lap ağ olar”.

 

“Belə olan halda sizin təkrar seçkilərdə namizədliyinizi irəli sürmək fikriniz varmı?” sualına Afaq xanımın cavabı belə oldu:

 

“Mən zatən millətin vəkiliyəm. Millət vəkilinin məqamında qorxusundan deyə bilməyəcəyi sözü onsuz da mən anında deyirəm. Məgər bu, mütləq mandatla təsdiq olunmalıdır?! Əgər mandatla təsdiq olunmalıdırsa, qoy mandatla olsun. Amma baxaq görək nə olacaq!”.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla