Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Onların dairəsində neçə seçici var, nə qədər səs yığmışdılar? - RƏQƏMLƏR

Gündəm
Onların dairəsində neçə seçici var, nə qədər səs yığmışdılar? -     RƏQƏMLƏR

Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 13-də keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar dörd seçki dairəsinin nəticələri ləğv edilib.

 

Bunlar 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsidir.

 

MSK-nın açıqladığı ilkin nəticələrə görə, həmin dairələrdə müvafiq olaraq Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadi Rəcəbli və Çingiz Qənizadə idi.

 

Oxu.Az ilkin rəsmi nəticələrə əsasən hesablama apararaq, həmin şəxslərin parlament seçkilərində nə qədər səs yığdığını araşdırıb.

 

H.Mirələmovun səsvermədə iştirak edən seçicilərin 3876-nın səsini toplayıb. Həmin dairə üzrə 47614 seçici var.

 

R. Arifoğlu isə seçicilərin 8340-nın səsini toplaya bilib. 35 saylı Xətai Üçüncü Seçki Dairəsi üzrə ümumilikdə 39040 seçici var.

 

H.Rəcəbli 9594 seçicinin etimadını qazanıb. 74 saylı Lənkəran Kənd Seçki Dairəsində seçicilərin ümumi sayı 35434-dür.

 

Ç.Qənizadə isə səsvermədə iştirak edənlərin 10 min 286-nın səsini yığıb. Həmin dairədə ümumi seçici sayı 42680 nəfərdir.

 

Qeyd edək ki, seçkilərdə seçicilərin hamısı iştirak etməyib.

 

Azərbaycanda seçicilərin sayı 5 milyon 329 min 460 nəfərdir.

 

Ancaq ölkə üzrə seçkidə ümumilikdə 2 milyon 547 min 982 seçici iştirak edib. Bu isə ümumi seçicilərin 47.81 faizini təşkil edir.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Gündəm bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla