Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Özünü düşünən sürücü piyadaların yolunu kəsdi - 10 OJ 048 - VİDEO

Ölkə
Özünü düşünən sürücü piyadaların yolunu kəsdi     - 10 OJ 048 - VİDEO

Bakıda yol hərəkəti qaydasını pozan avtomobilin görüntüsü kameraya düşüb.

 

Buta.ws Avtosfer.az-a istinadən xəbər verir ki, fevralın 13-ü paytaxtın Həsən Əliyev küçəsində hərəkət edən 10-OJ-048 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü tıxac zamanı piyada keçidinin üzərində dayanıb. Bu zaman o, piyadaların hərəkətinə mane olub. Keçiddən keçən piyada, zolağı zəbt edən sürücüyə öz iradını bildirib.

 

Yol Hərəkəti Haqqında Qanunda qeyd olunub ki, əgər piyada keçidindən o biri tərəfdə tıxac yaranıbsa və bu, sürücünü piyada keçidində dayanmağa məcbur edəcəksə, onun piyada keçidinə girməsi qadağandır. Eyni tələb yolayrıclarına da şamil olunur. Yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.

 

Sürücülərə tövsiyə edirik ki, bu cür məqamlarda diqqətli olsunlar. Tıxac zamanı bir neçə metr geridə dayanmaqla yolayrıcını və ya piyada keçidini boş saxlamaq, onları heç yerə gecikdirməyəcək. Əksinə yolda sərbəst hərəkət şəraitinin yaradılmasına nail olacaqlar.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla