Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Bakıda 15 zolaqlı yolu keçən piyadanı maşın belə vurdu - REAL VİDEO (+16)

Ölkə
Bakıda 15 zolaqlı yolu keçən piyadanı maşın belə vurdu     - REAL VİDEO (+16)

Dünən Heydər Əliyev prospektində “Koroğlu “ metrostansiyasının yaxınlığında piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

 

Buta.ws Avtosfer.az-a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasının yanında marşrutdan düşən piyada yeraltı keçiddən istifadə etməyərək yolu təhlükəli şəkildə əks istiqamətə keçməyə çalışıb. Bu zaman "Ford" markalı minik avtomobili tərəfindən vurulan piyada ağır  kəllə-beyin travması alaraq yerindəcə dünyasını dəyişib. Hadisə təhlükəsizlik şəhər kamera qeydə alınıb.

 

Görüntülərdən məlum olur ki,  yolu təhlükəli şəkildə keçir, avtomobillərinin hərəkətinə diqqət etmir, etinasız şəkildə hərəkəti yola çıxaraq davam etdirir. Bu zaman ona yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısına çıxmaqla özünü təhlükəyə atır. Bir neçə avtomobilin sürücüsü peşəkarlıq göstərərək onu vurmaqdan qaça bilsə də, sol zolaqdan sürətlə gələn nəqliyyat vasitələrin biri piyadanı vurur. Kadrlardan göründüyü kimi, sürücü əyləcdən istifadə etsə də hərəkət yüksək olduğundan avtomobili tam dayandıra bilmir və piyada güclü zərbə nəticəsində xəsarət alır və bir neçə metr aralıda yerə yıxılır.

 

Kadrlardan görünən ən dəhşətli görüntü isə qəzadan bir neçə saniyə sonra bir neçə gəncin elə həmin yerdən yolu keçməyə cəhd etməsidir.

 

Bu gün Bakı Şəhər  Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov və Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı həmin ərazidə olub hadisənin detallarını araşdırıblar. Görüntüdən aydın görünür ki, avtobus dayanacağı ilə piyada keçidi arasında 10 metr məsafə var və bu, qarşıya keçmək üçün cəmi 3 dəqiqə vaxt alır.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla