Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Sonuncu dəfə Google və Youtube-da nə axtarmısınız? – Məşhurlarla sorğu

İKT
Sonuncu dəfə Google və Youtube-da nə axtarmısınız?     – Məşhurlarla sorğu

Əvvəllər bizə lazım olan məlumat üçün ya kitabxanalara, ya da bunu biləcək adamlara üz tuturduq. İndi isə vəziyyət tamam fərqlidir. Bu gün bizdə sual doğuran istənilən mözvu ilə bağlı axtarış sistemlərinə müraciət edirik. Bildiyimiz kimi, axtarış sistemləri içində ən məşhuru Google, videohostinqlər arasında isə YouTube-dur. Hər kəs demək olar ki, hər gün 1 dəfə də olsa bu axtarış sistemlərindən istifadə edir.

 

Buta.ws ted.az-a istinadən bildirir ki, tanınmış aktyor Bəhram Bağırzadə: "Sonuncu dəfə Google-da Məhəmməd peyğəmbərin (s.a.s) hədislərini axtarmışam. YouTube-da isə retro Azərbaycan mahnılarını axtarış verdim. Daha sonra Akif İslamzadə, Hüseynağa Hadıyev, Elmira Rəhimova və Mirzə Babayevi dinlədim".

 

Müğənni, bəstəkar Murad Arif: "Mən Google və YouTube-da sonuncu dəfə nə axtardığımı demək istəmirəm. Çünki deyə bilmərəm".

 

Məşhur videobloger Taleh Yüzbəyov: "Sonuncu dəfə Google-da "smart telecom", YouTube-da isə "sag awards" axtarışı etmişəm".

 

Tolik kimi tanıdığımız məşhur prodüsser, televiziya aparıcısı Tarix Əliyev: "Sonuncu dəfə ölən basketbolçu Kobe Brayt haqqında məlumat öyrənmək üçün Google-da axtarış vermişəm. Əslində mən idmanla maraqlanmıram, amma həmin basketbolçunun adını səhər Google-da axtardım. Çünki idmançılar milyarder olur və bahalı həyat tərzi yaşayırlar. Buna görə də həmin şəxs mənim üçün maraqlı oldu. YouTube-da isə tez-tez Azərbaycan müğənnilərinin trendlərinə baxıram. Daha doğru desək, yalançı trendimizi izləyirəm. Mənə maraqlıdır, o saxta trendlər insanları nə vaxta qədər aldadacaq. Azərbaycanda tanınmayan və bayağı ifaçılar ölkənin trendinə düşür. Azərbaycana gələn hansısa turist YouTube-a girsə, trendləri izləsə elə biləcək ki, onlar ölkənin ən öndə gedən müğənniləridir. Çünki trend sözün əsl mənasında ölkə radio və televiziyasını zəbt edənləri göstərir".

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

İKT bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla