Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Şirvanda sürücüləri bıçaqlayan qardaşlar saxlanıldılar

Kriminal
Şirvanda sürücüləri bıçaqlayan qardaşlar saxlanıldılar

Şirvanda qardaşlar tərəfindən marşrut sürücüləri bıçaqlanıb.

 

Buta.ws APA-ya istinadən bildirir ki, hadisə  fevralın 1-də günün ikinci yarsında "Köhnə şəhər" massivi kimi tanınan ərazidə baş verib.

 

Şirvan sakini, 1988-ci il təvəllüdlü Qasımov Şamil Aslan oğlu mübahisə etdiyi marşrut sürücüsünü, Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Kamran Nizami oğlunu bıçaqlayıb.

 

Yaralı sifət, qulaq seyvanı, boyunun və  əsas damarın zədələnməsi diaqnozu ilə  Şirvan Şəhər Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Çoxlu qan itirən yaralı ilkin yardım aldıqdan sonra vəziyyəti ağır olduğundan paytaxta  respublika xəstəxanasına yola salınıb.

 

Hadisəni törətməkdə təqsirləndirilən  Ş. Qasımov polis tərəfindən saxlanılıb. Hadisədən xəbər tutan sonuncunun qardaşı - 1989-cu il təvəllüdlü Qasımov Famil Aslan oğlu 2 saat sonra hadisənin baş verdiyi dayanacağa gedərək başqa bir sürücü ilə mübahisəyə girib. Nəticədə həmin xətdə işləyən sürücü - Şirvan sakini, 1988-ci il təvəllüdlü Vazehi Vüsal Məmmədağa oğlunu bıçaqlayıb. Sonuncu Şirvan xəstəxanasına yerləşdirilərək əməliyyat olunub və reanimasiya şöbəsinə köçürülüb. Hadisəni törədən F.Qasımov da bir müddət sonra polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Kriminal bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla