Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Virus xaosu: Etirazçılar koronavirus xəstələrinin binasına od vurdular - VİDEO

Dünya
Virus xaosu: Etirazçılar koronavirus xəstələrinin binasına od vurdular -     VİDEO

Honkonqda qəzəbli etirazçılar koronavirus xəstələri üçün karantin zonası kimi təyin edilmiş boş yaşayış kompleksinə benzin bombaları ataraq binada yanğına səbəb olublar.

 

Buta.ws Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, binaya bazar günü gecə saatlarında Molotov kokteylləri ilə hücum edilib. Qeyd edilir ki, şəhərdə artıq altı koronavirusa yoluxma faktı təsdiqlənib. Yoluxma riskini azaltmaq üçün şəhər rəsmiləri digər tədbirlər sırasında sözügedən binadan koronavirusa yoluxmaqda şübhəli bilinən şəxsləri, habelə ailələrini yoluxdurmaqdan narahat olan tibb işçilərini yerləşdirmək üçün istifadə etməyi təklif ediblər.

 

Lakin onlarla qəzəbli yerli sakin və etirazçı kompleksin ətrafında yol maneələrinin quraşdırılmasına qarşı çıxıb və binalara Molotov kokteylləri atıblar. Çevik polis qüvvələri onlara qarşı gözyaşardıcı qazdan istifadə etməli olub.

 

"South China Morning Post" nəşri hadisənin videogörüntülərini "Twitter" səhifəsində paylaşıb.

 

Lakin sosial şəbəkələrdə yayılan bəzi görüntülər vəziyyətin daha tükürpərdici olduğunu göstərir. Belə ki, "Twitter"də yerləşdirilmiş videogörüntülərdən birində iddia olunur ki, Çinin yeni koronavirusa qarşı dezinfeksiya olunmuş bəzi kəndlərinin sakinləri yad şəxslərin kəndlərinə daxil olmasına mane olurlar.

 

Kadrlardan görmək olar ki, kənd sakinləri əllərində böyük dəyənəyə bənzər taxta parçası və ya süpürgə ilə yad şəxsləri qorxudaraq öz kəndlərindən uzaq tutmağa çalışırlar.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Dünya bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla