Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Tacir Şahmalıoğlu canlı efirdə Fədayə Laçının bacısı ilə davaya çıxdı: “Başına oyun açaram” – VİDEO

Maqazin
Tacir Şahmalıoğlu canlı efirdə Fədayə Laçının bacısı ilə davaya çıxdı:     “Başına oyun açaram” – VİDEO

“11 yaşımda bir əsər oxudum, indiyənə kimi də sevilir. Üç-dörd filmdə çəkilmişəm. Oxuduğum da Qızıl fonddadır. İndiyənə kimi də yazıb-yaradıram. Ona heç xanım da demirəm, o söz ona düşmür –  İlahə Fəda. Xalq üçün bunları etmişəm, sən nə etmisən?”.

 

Buta.ws-in Axeber.az-a istinadən məlumatına görə, bu sözləri müğənni Tacir Şahmalıoğlu ARB TV-də yayımlanan “Ona qalsa” proqramında deyib. İfaçı həmkarı İlahə Fədanın onun ünvanına dediyi tənqidlərə cavab verib:

 

“Çıxıb efirdə kimin əqidəsindən danışır? Kim ona bu haqqı verib? Çıxıb Rövşanə Ağasəfqızının verilişində ağzına gələni deyib. İsti havada oğlumla girib suyun altına, video çəkmişəm. Deyir ki, kimə nəyi sübut edirsən? Mən kimliyimi sübut etmişəm. Amma sən kimsən bilinmir.

 

Kimliyini sübut edərəm, amma heyif ki, ortada Fədayə Laçın var. Ondan keçə bilmirəm. Anası da gözəl xanımdır. Anası onun yanında danışmaqdan qorxur. Kimsən çıxıb tərbiyədən danışırsan?”.

 

Həmin an canlı yayıma zəng edən İlahə Tacirin dediklərinə “Qısa deyəcəm: İt hürər karvan keçər. Bu qədər” söyləyərək, telefonu bağlayıb.

 

Əsəblərinə hakim ola bilməyən T.Şahmalıoğli İlahəni hədələyib:

 

“Düz deyirsən, adam tərbiyədən danışır. 10 milyon xalqın qarşısında bu sözdür danışırsan? Get, güzgünün qabağında dur, gör qadına oxşayırsan? Kim sənə bu haqqı verib ki, belə danışırsan? Kişiyəm, başına oyun açaram. Kişiliyimə yaraşmaz. Mənə ayıb olar, durub hansısa qadınla mübahisə edim. Onunla heç bir problemim, qəsdi-qərəzliyim yoxdur”.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Maqazin bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla