Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Müğənnilərin parlamentdə nə işi var? Bəyəm Milli Məclis xor dərnəyidir?" - Hafiz Hacıyev

Cəmiyyət
"Müğənnilərin parlamentdə nə işi var? Bəyəm Milli Məclis xor dərnəyidir?" -     Hafiz Hacıyev

Xəbər verdiyimiz kimi fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Milli Məclisə seçkilərlə əlaqədar 1542 nəfərin namizədliyi qeydə alınıb. Onların arasında Əməkdar artisti Elza Seyidcahan, bir çox mətbuat nümayəndələri və vəkillərində adları var.


Buta.ws xəbər verir ki,bununla bağlı Sonxeber.az-a danışan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib ki, ölkə prezidentinin apardığı uğurlu siyasətin və demokratik islahatların nəticəsidir ki, bu gün parlament seçkilərinə bu qədər maraq var: "Xalqda böyük ruh yüksəkliyi var. Cənab prezidentimiz həm iqtisadi, həm də siyasi cəhətdən çox böyük işlərə imza atır. Təəssüf ki, bu gün hər yoldan keçən parlamentə namizədliyini verib. Amma o insanlar düşünməlidir ki, parlament uşaqlar və təcrübəsizlər yığıncağı deyil. Parlament ölkə taleyini həll edilməsində mühüm rolu olan qurumdur. Çox təəssüf ki, bir mahnı oxuyub, onu aranjeman edə bilməyənlər, zamanında ulu öndər Heydər Əliyevin şəkilini çıranlar bu gün parlamentə namizədliyini verib. Yeni Azərbaycan Partiyası 30 ildir ki, yaranıb. Təəssüf ki, 30 ildə Yeni Azərbaycan Partiyasının əlehinə işləyən, erməni kəşfiyyatı ilə sıx əlaqədə olan insanlar çalışırlar ki, parlamentə daxil olub, müəyyən dairələrin maraqlarını həyata keçirsinlər. Biz buna imkan verə bilmərik. Heç vaxt icazə verə bilmərəm ki, zamanında ulu öndərin şəkilini cırıb, ermənilərə işləyən birisinin oğlu deputat olsun. Belələrin parlamentə düşməsi Azərbaycan dövlətinə və xalqına hörmətsizlikdir. Ən önəmlisi isə xalqın gələcəyi ilə oynamasıdır. Namizədlər arasında eləsi var ki, vaxtı ilə Əli İnsanovun vəkili olub. Onun Avropa Şurasında bəraət qazanmasında böyük xidmətləri var. Bu da xarici kəşfiyyatın qurduğu oyundur. Biz imkan verə bilmərik cənab prezidentin gördüyü bu qədər işlərə kimsə kölgə salsın. Düşünürəm ki, düşük adamların elə bəri başdan namizədliklərini götürməsi daha məsləhətlidir. Çünki bizim Qarabağ kimi dərdimiz var. Azərbaycanı istəməyən qüvvələr var. Ona görə ölkə rəhbərinin apardığı uğurlu islahatlara dəstək olan insanlar parlamentdə yer tutmalıdır. Artistlərin və müğənnilərin parlamentdə nə işi var. Bəyəm parlament xor dərnəyidir? Parlament oturuşmuş siyasi meydandır. Düşünürəm ki, bəziləri gedib ərizələrini geri götürüb, artistliklərini etsinlər".

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Cəmiyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla